Beynəlxalq Valyuta Fondu (IMF)

Beynəlxalq Valyuta Fondu

(International Monetary Fund)

Azərbaycan BVF-yə 1992-ci ilin 18 sentyabr tarixində üzv olmuşdur. BVF-in kvotasında Azərbaycanın payı 391.7 milyon Xüsusi Borcalma Hüququdur (special drawing right – SDR). Kvota BVF-da səsvermə hüququnu, üzvlük haqqını və BVF-dən götürülə biləcək kreditin məbləğini müəyyən edir.

Azərbaycanı BVF-də rəhbər olaraq AR maliyyə naziri Samir Şərifov və alternativ rəhbər olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov təmsil edir.

BVF ölkə haqqında valyuta siyasətinin təhlilini aparmaq məqsədi ilə hər il Azərbaycana missiya təşkil edir.

BVF tərəfindən Azərbaycanla bağlı aşağıdakı proqramlar həyata keçirilmişdir:

  • Yoxsulluğun azaldılması və iqtisadi inkişaf;
  • Struktur quruculuğunun artırılması;
  • Sistem dəyişikliyi;
  • Əlavə maliyyələşmə proqramları.

Arxiv üzrə axtarış

xin diplomatic service