İslam İnkişaf Bankı (İİB)

İslam İnkişaf Bankı (İİB)

Azərbaycan Respublikası 1992-ci ildən İİB ilə əməkdaşlıq edir. İİB-in kapitalında ölkənin payı 0.1%-dir.

Azərbaycanda İİB üzrə ölkə rəhbəri (governor) Azərbaycan Respublikası İqtisadiyyat naziri Şahin Mustafayev, alternativ rəhbər isə (alternate governor) Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifovdur.

Azərbaycan eləcə də, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (International Trade Finance Corporation) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (Islamic Corporation for the Development of Private Sector) üzvüdür.

İİB tərəfindən Azərbaycanda ümumilikdə 958.97 milyon ABŞ dolları məbləğində 18 layihə həyata keçirilmişdir (14-ü tamamlanıb, 4-ü icradadır).

8 dekabr 2016-cı ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında Anlaşma Memorandumu imzalanmışdır.

Arxiv üzrə axtarış

xin diplomatic service