BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE)

BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE)

Azərbaycan Respublikası 30 iyul 1993-cü il tarixində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) üzvü olmuşdur. Azərbaycanın UNECE ilə ətraf mühitin mühafizəsi, nəqliyyat, gömrük, enerji, Dayanaqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və bir sıra digər sahələrdə əməkdaşlıq edir.

UNECE-nin İcraçı katibi Olqa Alqayerova 2018-ci ilin 29-30 noyabr tarixlərində Azərbaycana səfər etmişdir. Səfər zamanı o, Azərbaycan Respublikasında yüksək səviyyəli görüşlər keçirmiş, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə isə təşkilat ilə fəal əməkdaşlıq edən bir sıra dövlət qurumlarının rəhbər səviyyəli nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Səfər çərçivəsində həmçinin, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası ilə UNECE arasında Birgə Bəyanat imzalanmışdır. Sözügedən sənəd Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq məqsədilə ticarətin asanlaşdırılması və insan bacarıqların artırılması, bərpa olunan enerji və enerji səmərəliyi, investisiya, texnologiya və innovasiya, yaşıl iqtisadiyyat, yaşıl texnologiyaların tətbiqi, ətraf mühitin monitorinqi sistemi, su resurslarının qorunması, havanın çirkləndirilməsi və ətraf mühitin deqradasiyası problemlərinin həlli, meşələr, kənd təsərrüfatında keyfiyyət standartları kimi sahələrdə əməkdaşlığının təşviqini nəzərdə tutur.

UNECE rəhbərlərinin ölkəmizə aşağıdakı səfərləri baş tutmuşdur:

  • 23 noyabr 2011-ci il tarixində, icraçı katib Yan Kubiş;
  • 1-2 dekabr 2013-cü il tarixlərində, icraçı katib Sven Alkalaс;
  • 22-23 noyabr 2016-cı il tarixlərində, icraçı katib Kristian Friz-Bax;
  • 29-30 noyabr 2018-ci il tarixlərində, hazırkı icraçı katib Olga Algayerova.

İqtisadi, sosial, ətraf mühit və digər sahələrdə davamlı şəkildə aparılan əməkdaşlıq çərçivəsində müxtəlif mövzuları əhatə edən UNECE-nin bir sıra toplantıları Azərbaycanda keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service