BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP)

BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası

(UNESCAP)

Azərbaycan Respublikası BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasına (UNESCAP) 31 iyul 1992-ci ildə üzv olmuşdur. Azərbaycanın UNESCAP-ın əksər üzv ölkələri ilə yüksək səviyyəli siyasi münasibətlərə malik olduğunu nəzərə alaraq, nəqliyyat, İnformasiya və kommunikasiya texnologiyaları, ticarət və enerji, investisiya və innovasiya, ətraf mühit, sosial inkişaf, statistika, fəlakətlərin azaldılması və s. kimi sahələrdə regionda maraqlarımızın irəlilədilməsi üçün UNESCAP vacib platformadır. Azərbaycanın aidiyyəti qurumları UNESCAP-ın bir sıra sahəvi İşçi Qrupları və Komitələrinin işində mütəmadi olaraq iştirak edir. UNESCAP-ın bir neçə seminarı Azərbaycanda keçirilmişdir.

UNESCAP-ın icraçı katibi xanım Şamşad Axtar 2016-cı ilin 2-3 fevral tarixlərində Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində o, yüksək səviyyəli görüşlər keçirərək Azərbaycanla UNESCAP arasında əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə etmişdir.  

Azərbaycanın təşəbbüsü ilə hazırlanaraq irəli sürülmüş “Asiya və Sakit okean regionunda davamlı inkişaf üçün nəqliyyat bağlantısı üzrə regional əməkdaşlığın gücləndirilməsi” adlı qətnamə layihəsi 15-19 may 2016-cı il tarixlərində Banqkok şəhərində keçirilmiş UNESCAP-ın 72-ci illik sessiyasında yekdilliklə qəbul olunmuşdur.

Azərbaycanın təşəbbüsü ilə hazırlanaraq irəli sürülmüş “Asiya və Sakit okean regionunda dayanıqlı enerjinin inkişafı üzrə regional əməkdaşlığın gücləndirilməsi” adlı qətnamə layihəsi 15-19 may 2017-ci il tarixlərində Banqkok şəhərində keçirilmiş UNESCAP-ın 73-cü illik sessiyasında yekdilliklə qəbul olunmuşdur.

Azərbaycanın qoşulduğu UNESCAP Sazişləri:

  • Asiya Şosesi Şəbəkəsi üzrə Hökumətlərarası Saziş;
  • Trans-Asiya Dəmiryolu Sazişi Şəbəkəsi üzrə Hökumətlərarası Saziş;
  • Asiya və Sakit okean regionunda sərhədboyu kağızsız ticarətin asanlaşdırılması üzrə Çərçivə Sazişi;
  • “Quru limanlar üzrə Hökumətlərarası Saziş” (Azərbaycanın qoşulması məsələsi nəzərdən keçirilməkdədir).

Arxiv üzrə axtarış

xin diplomatic service