BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO)

BMT-nin Ümumdünya Turizm Təşkilatı

Azərbaycan 29 sentyabr 2001-ci il tarixindən BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzvüdür. Azərbaycan UNWTO-nun “Turizm naminə qlobal liderlər” kompaniyasına və “Bir milyard imkan, bir milyard turist” təşəbbüsünə qoşulmuşdur. UNWTO öz növbəsində “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin tərtib edilməsində texniki yardım göstərmişdir.

2011-ci ilin 8-14 oktyabr tarixlərində Azərbaycan nümayəndəsi Cənubi Koreyanın Qyeonqcu şəhərində keçirilmiş UNWTO-nun 19-cu sessiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir.

2013-cü ildə UNWTO Baş Assambleyasının 20-ci iclasında Azərbaycan Təşkilatın İcraiyyə Şurasına 2013-2017-ci illər üçün üzv seçilmişdir. İcraiyyə Şurasının 104-cü sessiyası zamanı Azərbaycan 2017-ci il üçün Təşkilatın İcraiyyə Şurasının sədri vəzifəsinə seçilmişdir. Baş Assambleyanın 22-ci sessiyası zamanı Azərbaycan 2018-ci il üçün yenidən İcraiyyə Şurasına seçilmişdir. UNWTO-nun Avropa üzrə Regional Komissiyasının 64-cü iclasında Azərbaycan Ümumdünya Turizm Təşkilatının 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü seçilib.

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası 2019-cu ilin 16-18 iyun tarixlərində Bakıda keçirilmişdir. Tədbirdə dünyanın 37 ölkəsindən və bir sıra beynəlxalq təşkilatdan turizm sahəsi üzrə yüksək səviyyəli nümayəndələr iştirak etmişlər.

Arxiv üzrə axtarış

xin diplomatic service