Dünya Bankı

Dünya Bankı

Azərbaycan Dünya Bankına 1992-ci ildə, Beynəlxalq Maliyyə Korporasiyasına isə 1995-ci ildə qoşulmuşdur.

Rəhbərlər Şurasında ölkəmizi rəhbər olaraq AR Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, alternativ rəhbər olaraq isə Şahin Mustafayev təmsil edir.

Azərbaycan ilə əməkdaşlıq 2015 - 2020 illər üzrə Ölkə Əməkdaşlıq Strategiyası əsasında həyata keçirilir. Qeyd edilən strategiya Dünya Bankının Direktorlar Şurası tərəfindən 21 iyun 2015-ci ildə təsdiq edilmişdir. Strategiya 2 əsas sektoru prioritet olaraq müəyyən etmişdir: dövlət sektorunun idarə edilməsi və xidmət təchizatı, iqtisadi rəqabətqabiliyyətlilik.

Bu illər ərzində Dünya Bankı Azərbaycana müxtəlif sektorlar üzrə 50 layihə çərçivəsində 3.5 milyard ABŞ dolları məbləğində kredit /qrant / inkişaf yardımı şəklində maliyyə ayırmışdır.

Dünya Bankının Azərbaycan üzrə kreditlərinin əksəriyyəti nəqliyyat (57%), su / kanalizasiya (26%) və məhkəmə, dövlət idarəçiliyi və hüquq (7%) sahələrinə ayrılmışdır. Dünya Bankının maliyyə vəsaitinin sadəcə 10%-i digər sahələrə (kənd təsərrüfatı, sosial inkişaf, səhiyyə, özəl sektorun inkişafı, qidalanma, maliyyə idarəçiliyi, sosial müdafiə, şəhərlərin inkişafı və s.) ayrılmışdır.

Dünya Bankının portfelində hazırda həyata keçirilən 10 aktiv layihənin ümumi dəyəri 2.4 mlrd ABŞ dolları təşkil edir.

Beynəlxalq İnkişaf Assosiasiyası / Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı kreditləri ilə yanaşı, Dünya Bankı 2.4 milyon ABŞ dolları məbləğində 2 Etimad Fondu layihəsi həyata keçirir (Meta-informasiya sisteminin yaradılması, maliyyə sektorunun müasirləşdirilməsi)

Azərbaycan Dövlət Neft Fondu Beynəlxalq Maliyyə Korporasiyasının Aktivlərin İdarəedilməsi Şirkətinin idarə etdiyi 3 fonda (Qlobal İnfrastruktur Fondu, Katalist Fondu, Afrika, Latın Amerika və Karib hövzəsi Fondu) 350 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır.

Arxiv üzrə axtarış

xin diplomatic service