Ümumdünya Ticarət Təşkilatı (WTO)

Ümumdünya Ticarət Təşkilatı

(World Trade Organization)

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olma ilə bağlı 23 iyun 1997-ci il tarixində ÜTT Katibliyinə müraciət etmişdir. Azərbaycan üzrə 16 iyul 1997-ci il tarixində yaradılmış İşçi Qrupa 42 dövlət daxildir. İşçi Qrupun rəhbəri Almaniya Federativ Respublikasının ÜTT yanında Daimi Nümayəndəsi Səfir Valter Vernerdir..

Azərbaycanının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya 22 avqust 2003-cü il tarixində yaradılmışdır. Komissiyanın sədri AR İqtisadiyyat naziri Şahin Mustafayev, baş danışıqçı isə Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevdir.

Azərbaycan Respublikasının ÜTT-yə daxil olması üzrə İşçi Qrupunun ilk iclası 2002-ci ilin 7 iyun tarixində, üzv-ölkələrlə ilk ikitərəfli danışıqlar isə həmin ilin 3-7 iyun tarixində Cenevrədə keçirilmişdir. 2004-cü ildən etibarən danışıqlar prosesi mütəmadi xarakter almağa başlamışdır. İşçi Qrupun sonuncu iclası 28 iyul 2017-ci il tarixində Cenevrə şəhərində baş tutmuşdur.

İşçi Qrup çərçivəsində çoxtərəfli danışıqlar üzrə indiyədək 14 iclas keçirilmişdir. İkitərəfli danışıqlar 22 dövlət ilə aparılır. Bu günədək 5 ölkə (Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğızıstan) ilə protokollar imzalanmışdır.

Üzv olma prosesi çərçivəsində 24-28 iyun 2019-cu il tarixlərində Cenevrədə Cairns qrupunun bəzi üzvləri ilə kənd təsərrüfatı sahəsi üzrə ikitərəfli məsləhətləşmələr keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service