Oman

Waving Flag of Oman (Animated Gif)

Oman Sultanlığı

 

Dövlət başçısı: Əlahəzrət Qabus bin Səid Əl Səid

Nazirlər Şurası Məsələləri üzrə Baş nazirin müavini: Əlahəzrət Fəhd Bin Mahmud Əl Səid

Dövlət Şurasının Sədri: cənab Yahya bin Mahfuz Əl-Mənziri   

Xarici İşlər üzrə məsul nazir: cənab Yusif bin Ələvi bin Abdullah                   

Azərbaycan Respublikasının Oman Sultanlığındakı səfiri: cənab Şahin Abdullayev (iqamətgahı Ər Riyad şəhəri)

 

İkitərəfli münasibətlər

Oman Sultanlığı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanımışdır.

İki ölkə arasında diplomatik əlaqələr 13 iyul 1992-ci ildə qurulmuşdur.

2015-ci ilin 15-16 sentyabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini cənab X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Oman Sultanlığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 4-cü raundu çərçivəsində Oman Sultanlığına səfər etmişdir.

5-6 aprel 2018-ci il tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında Oman Sultanlığının Türkiyədəki səfiri cənab Qasim Məhəmməd Əs-Salhi iştirak etmişdir.

20-21 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə iştirak etmək məqsədi ilə Oman Sultanlığının Dövlət Şurasının sədri cənab Yəhya bin Mahfud Əl-Manthirinin başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

28 sentyabr 2018-ci il tarixində Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Oman Sultanlığının Xarici İşlər üzrə məsul naziri cənab Yusif bin Ələvi bin Abdullah ilə görüşmüşdür.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 2 sənəd imzalanmışdır.

 

Azərbaycan ilə Oman arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

78.4

20.9

99.3

2015

56.1

12.4

68.5

2016

99.7

127.3

227

2017

295.1

73.1

368.2

2018

2 560,6

605,6

3 116,2

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

 

Azərbaycandan ixrac olunan məhsullar: İlkin formalı neft, kumaron, inden və ya kumaron-indenqatranları və politerpenlər

Omandan idxal olunan məhsullar: Dondurulmuş skipcek və ya zolaqlı tunes, kvarsit, quraşdırılmış fitinqlərlə, mülki aviasiya üçün borular, mərmər, travertine və alebastrdan abidə və ya tikinti daşları, onlardan məmulatlar, yonulmuş və ya mişarlanmış ağac karkaslı, üz çəkilmiş oturacaq mebellər, yer və tunel qazan maşınların hissələri, pərakəndə satış üçün formalarda və ya bağlamalarda qablaşdırılan digər dərman vasitələri, digər məhsullar.

 

Arxiv üzrə axtarış

xin diplomatic service