Misir

Waving Flag of Egypt (Animated Gif)

Misir Ərəb Respublikası

 

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Əbdül Fəttah əs-Sisi     

Baş Nazir: cənab Mustafa Kamal Mədbuli Məhəmməd

Parlament (Nümayəndələr Şurası) Sədri: cənab Əli Əbdül-Al

Xarici İşlər naziri: cənab Sameh Şükri

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri: cənab Tural Rzayev

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Adil İbrahim Əhməd İbrahim

Azərbaycan Səfirliyinin rəsmi saytıhttp://cairo.mfa.gov.az/

 

ikitərəfli münasibətlər

1958-ci ilin may ayında Misir prezidenti cənab Camal Əbdünnasir SSRİ-yə səfəri çərçivəsində Azərbaycana səfər etmişdir.

Misir Ərəb Respublikası 26 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 27 mart 1992-ci il tarixində qurulmuşdur.

1993-cü ilin aprelayından MƏR-in Bakıdakı Səfirliyi və 1994-cü ilin yanvar ayından isə Azərbaycan Respublikasının Qahirədəki Səfirliyi fəaliyyət göstərir.

2015-ci ilin 27 may tarixindəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru cənab XaledFoudanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

2015-ci ilin 6 avqust tarixindəkeçirilmiş Misirin yeni Süveyş kanalının açılışı mərasimində ölkəmizi Baş Nazirin müavini cənab Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

29 oktyabr 2015-ci il tarixindəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misir Ərəb Respublikasının Azərbaycandakı Səfiri xanımSyuzan Məhəmməd Cəmil Məhəmmədin etimadnaməsini qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27yanvar 2016-cı il tarixli, 1745 saylı Sərəncamı ilə cənab Tural Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfirivəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 1862 saylı Sərəncamı ilə cənab Tural Rzayev Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifəsinə təyin edilmişdir.

29 mart2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı cənab Əhməd İbrahim Məhəmməd İbrahimi qəbul etmişdir.

23 may 2016-cı il tarixindəAzərbaycan Respublikasının Misirdəki səfiri cənab Tural Rzayev Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah Əs-Sisiyəöz etimadnaməsini təqdim etmişdir.

2016-cı ilin 2 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfər etmişdir.

2017-cı ilin 27mart tarixində İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Misir Ərəb Respublikasının prezidenti cənab Əbdülfəttah Əs-Sisi, habelə hər iki ölkənin XİN başçıları arasında təbrik məktubları mübadiləsi həyata keçirilmişdir.

2018-ci ilin 22 fevral tarixində Misirdə Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək komissiyanın 4-cü iclası keçirilmişdir.

2018-ci ilin 28 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misirin ölkəmizə yeni təyin olunmuş səfiri cənab Adil İbrahim Əhməd İbrahimin etimadnaməsini qəbul etmişdir.

20-21 sentyabr 2018-ci il tarixlərindəAzərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə iştirak etmək məqsədi ilə Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini cənab Mahmud Əl-Şərifin başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. 

 

Humanitar sahədə əməkdaşlıq

2014-cü ilin 01-06 iyun tarixlərində Bakıda Misir mədəniyyət günləri keçirilmişdir.

2014-cü ilin 20-21 oktyabr tarixlərində “İƏT üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda Bakıda keçirilmiş V beynəlxalq konfransda Misirin Qadınlar üzrə Milli Şurasının sədri xanım MirvatTəllavi iştirak etmidir.

30 sentyabr 2016-cı il tarixində Xarici İşlər naziri cənab Elmar Məmmədyarov V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Misir Parlamentinin xarici əlaqələr komitəsinin sədri, keçmiş Xarici İşlər naziri cənab Məhəmməd Orabini qəbul etmişdir.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 39 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Misir arasında ticarət dövriyyəsinin (min ABŞ dolları)

İllər

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

2 479.9

91 528.0

94 007.9

2015

3 595.72

109.52

3705.24

2016

4 884.6

11 857.6

16 742.2

2017

6 564.6

1 482.9

8047.5

2018

7 035.63

318.17

7 353.80

Mənbə: Dövlət Statistika Komitəsi

 

Müştərək Komissiya:

Adı: Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya

Yaranma tarixi: 3 oktyabr 2002-ci il.

Sonuncu iclasın tarixi: 22 fevral 2018-ci il tarixində Qahirə şəhərində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın dördüncü iclası keçirilmişdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service