Mərakeş

Waving Flag of Morocco (Animated Gif)

Mərakeş Krallığı

 

Dövlət başçısı: Əlahəzrət Kral VI Məhəmməd           

Baş Nazir: cənab Səadəddin Osmani

Parlamentin (Nümayəndələr palatasının) Sədri: cənab Həbib Əl-Maliki

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Nasir Bureyta

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri: cənab Oktay Qurbanov

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri: cənab Məhəmməd Adil Embarş

  

İkitərəfli münasibətlər

1991-ci ilin 30 dekabr tarixində Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 1992-ci ilin 28 avqust tarixində Azərbaycanla Mərakeş  arasında diplomatik əlaqələr yaradılmışdır.

1994-cü ilin 12 dekabr tarixində Azərbaycan-Mərakeş əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Kasablanka şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərakeş Krallığı Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Protokol imzalanmışdır.

2014-cü ilin 12-14 iyun tarixlərində AR Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin Daxili İşlər naziri Məhəmməd Həssadın dəvətilə Mərakeş Krallığında səfərdə olmuşdur.

29-30 sentyabr 2016-cı il tarixlərində Bakıda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda Mərakeş Krallığı Parlamentinin vitse-spikeri xanım Rəşidə Benməsud iştirak etmişdir.

07 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mərakeş Krallığının Azərbaycana təyin olunmuş səfiri cənab A.Embarşın etimadnaməsini qəbul etmişdir.

21-25 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Mərakeşdə işgüzar səfərdə olmuş və mərakeşli həmkarı Dris Jettu ilə görüşmüşdür.

2018-ci ilin 5 mart tarixində Mərakeş Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Nasir Bureyta Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

01 mart 2019-cu il tarixindəAzərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Oktay Sudef oğlu Qurbanov etimadnamələrini Mərakeş Kralı VI Məhəmmədə təqdim etmişdir.

 

 

Humanitar sahədə əməkdaşlıq

2010-cu il 27-30 oktyabr tarixlərində Mərakeş Krallığının Rabat, Meknes, Fəs və Kasablanka şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir.

2012-ci ilin 4-5 oktyabr 9 oktyabr tarixlərində İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Mərakeş Parlamenti Nümayəndələr Palatasının sabiq sədri A.Radi, V Məhəmməd Universitetinin rektoru V.Bencalun və  “Diplomatika” müəssisəsinin prezidenti A.Habek ölkəmizdə səfərdə olmuşlar.

2015-ci ilin 22 yanvar tarixində Mərakeşin paytaxtı Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsi nəzdində Azərbaycan dili, sivilzasiyası və mədəniyyəti üzrə tədris proqramının açılışı olmuşdur.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 20 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Mərakeş arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İllər

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

55,7

38,5

94,2

2015

4587.13

53.58

4640.71

2016

2838.30

00.00

2838.30

2017

3879,1

2,8

3881,9

2018

4445,7

0,4

4446,1

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiya

Yaranma tarixi: 28 sentyabr 2007-ci il

Sonuncu iclasın tarixi:  2018-ci ilin 5 mart tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçirilmişdir.

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service