Mavritaniya

Waving Flag of Mauritania (Animated Gif)

Mavritaniya İslam Respublikası

 

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Məhəmməd Uld Ğəzvani

Baş nazir: cənab Yəhya Uld Hademin

Parlament (Milli Assambleya) Sədri: cənab Şeyx Əhməd Baye

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab İsmail Uld Şeyx Əhməd

Azərbaycan Respublikasının Mavritaniya İslam Respublikasındakı səfiri: cənab Oktay Qurbanov (iqamətgahı Rabat şəhəri)

Mavritaniya İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Sidi Mohamed Uld Taleb Amar (iqamətgahı Moskva şəhəri)

 

 

İkitərəfli münasibətlər

1994-cü ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.

21 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasındakı səfiri cənab Tarik Əliyev etimadnaməsini ölkə prezidenti Məhəmməd Uld Əbdüləzizə təqdim etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə cənab Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mavritaniya İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

4 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri cənab Oktay Qurbanov etimadnamələrini Mavritaniya İslam Respublikasının Prezidenti cənab Məhəmməd Uld Əbdüləzizə təqdim etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

7-9 aprel 2011-ci il tarixlərində Bakı şəhərində keçirilmiş Mədəniyyətlərarası dialoq mövzusunda Beynəlxalq Forumda Mavritaniya Mədəniyyət, Gənclər və İdman Nazirinin mədəniyyət məsələləri üzrə müşaviri M.M.Ahzana iştirak etmişdir.

29-30 sentyabr 2016-cı il tarixlərində Bakıda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda Mavritaniyanın insan hüquqları üzrə naziri Tourad uld Abdelmalek iştirak etmişdir.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respubliaksı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 9 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Mavritaniya arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

-

-

4.39

2015

0,2

0,2

0,0

2016

23,1

-

23,1

2017

31,1

-

31,1

2018

82,7

6,0

76,7

 

Arxiv üzrə axtarış

xin diplomatic service