Liviya

Waving Flag of Libya (Animated Gif)

Liviya Dövləti

 

Ümummillli Konqresinin Sədri: cənab Məhəmməd Yusif Əl-Muqaryif

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Məhəmməd Tahir Siyala

 

İkitərəfli münasibətlər

Azərbaycan-Liviya əlaqələri Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini əldə etməsi ilə yeni bir mərhələyə qədəm qoymuşdur. 30 dekabr 1991-ci il tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycanla Liviya arasında diplomatik əlaqələr 16 mart 1992-ci il tarixində yaradılmışdır.

1992-ci ilin mart ayında Liviyanın Maliyyə naziri cənab Məhəmməd Əl-Buxarinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

1995-ci ilin aprel ayında Bakıda Liviya Səfirliyinin təsis edilməsi məqsədilə Liviyadan Azərbaycana nümayəndə heyəti gəlmiş və həmin tarixdən etibarən Liviyanın Bakıda Səfirliyi fəaliyyət göstərir.

2014-cü ilin 17-18 iyun tarixlərində Bakı şəhərində keçirilmiş İƏT Əmək Nazirlərinin və İƏT Katibliyinin yüksək səviyyəli rəsmilərindən ibarət Rəhbər Komitənin ilk iclasında iştirak etmək məqsədilə Liviyanın Əmək və Yenidənqurma naziri cənab Məhəmməd Fituri Əhməd Sualimin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

5 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Liviya Dövlətinin Xarici İşlər naziri cənab Məhəmməd Tahir Siyalanı qəbul etmişdir.

 

 

Humanitar sahədə əməkdaşlıq

2013-cü ilin 23-26 aprel tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilmiş II toplantısında Liviyanın Əmək və yenidənqurma Naziri Məhəmməd Əl-Funuri Soylamın başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2013-cü ilin 8-12 noyabr tarixlərində Bakı şəhərində İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq məsələləri üzrə məsul Nazirlərinin 4-cü konfransında iştirak etmək məqsədilə Liviyanın Gənclər və İdman Naziri Əbülsəlam Abdulla Məhəmməd Güveylənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

2014-cü ilin 17-18 iyun tarixlərində Bakı şəhərində keçirilmiş İƏT Əmək Nazirlərinin və İƏT Katibliyinin yüksək səviyyəli rəsmilərindən ibarət Rəhbər Komitənin ilk iclasında iştirak etmək məqsədilə Liviyanın Əmək və Yenidənqurma Naziri Məhəmməd Fituri Əhməd Sualimin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Liviya Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd mövcuddur.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Liviya arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

26,67

25,76

0,91

2015

-

-

-

2016

-

-

-

2017

0,1

0,1

0,0

2018

-

-

-

 

Azərbaycandan ixrac olunan məhsullar: Qazoyllar (dizel yanacağı)

Liviyadan idxal olunan məhsullar: Plastik kütlələrdən cod borular və şlanqlar, plastik kütlədən fitinqlər, ilkin formalı digər vinilin polimerləri

 

Azərbaycan Respublikası ilə Liviya Dövləti arasında iqtisadi sahə üzrə qüvvədə olan əsas 5 sənəd mövcuddur.

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi Hökuməti arasında Müştərək Komissiya.

Yaranma tarixi: 19 noyabr 2008-ci il

Sonuncu iclasın tarixi: 07-09 mart 2010-cu il tarixlərində Tripoli şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi Hökuməti arasında Müştərək Komissiyanın ikinci iclası keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service