Livan

Waving Flag of Lebanon (Animated Gif)

Livan Respublikası

 

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Mişel Aun       

Baş Nazir: cənab Səadəddin Əl-Hariri

Parlament (Nümayəndələr Şurası) Sədri: cənab Nəbih Bərri

Xarici İşlər və Diaspor naziri: cənab Cubran Basil

Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri: cənab Ağasəlim Şükürov

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi saytı: http://beirut.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

1972-ci ildə Ümummilli Lider cənab Heydər Əliyev Livanda səfərdə olmuşdur.

1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır.

1992-ci ilin 18 sentyabr tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2014-cü ilin 20 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin  886 nömrəli Sərəncamı ilə cənab M.M.Əliyev AR-ın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılmışdır.

2015-ci ilin 5 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1435 nömrəli Sərəncamı ilə cənab Ağasəlim Şükürov AR-in Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2016-cı ilin 18 noyabr tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri cənab A.Şükürov etimadnaməsini Livan Respublikasının Prezidenti general Mişel Auna təqdim etmişdir.

20-21 sentyabr 2018-ci il tarixlərindəAzərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə Livan Respublikasının Milli Assambleyasında Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.    

27 sentyabr 2018-ci iltarixindəAzərbaycanRespublikasının Xarici İşlərnaziricənab Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Livan Respublikasının Xarici İşlər və Diaspor naziri cənab Cubran Basil iləgörüşmüşdür. 

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Livan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Livan arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

36 627.1

35 091.2

1 536.0

2015

12 336.2

11 399.2

937.0

2016

43 233.1

42 664.5

568.6

2017

33,996.6

32 884.3

1 112.3

2018

14 804.0

14 193.9

610.1

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service