İsrail

 
Waving Flag of Israel (Animated Gif)

İsrail Dövləti

 

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Reuven Rivlin

Baş Nazir: cənab Benyamin Netanyahu

Parlament (Knesset) Sədri: cənab Yuli-Yoel Edelşteyn

Xarici İşlər naziri: cənab İsrael Katz   

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiricənab Dan Stav

 

İkitərəfli münasibətlər

25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulmuşdur.

2015-ci ilin 22 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin keçmiş Prezidenti cənab Şimon Peres ilə görüş keçirmişdir.

2015-ci ilin 27 yanvar tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Osvensimin (Polşa) azad olunmasının 70 illiyinə həsr olunmuş anım mərasimində iştirakı çərçivəsində İsrailin Milli İnfrastruktur, Enerji və Su Təchizatı naziri cənab Silvan Şalom ilə görüş keçirmişdir.

2015-ci ilin 2 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru cənab Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

31 avqust 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsrail Dövlətinin Azərbaycandakı yeni Səfiri cənab Dan Stavın etimadnaməsini qəbul etmişdir.

21 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Baş Naziri cənab Benyamin Netanyahu ilə görüş keçirmişdir.

18 may 2016-cı il tarixində Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini cənab Araz Əzimov İsrailə səfər etmişdir. 

2016-cı ilin 13 dekabr tarixində İsrail Dövlətinin Baş Naziri cənab Benyamin Netanyahu Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur. 

2017-ci ilin 29 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru cənab Devid Harris və komitənin prezidenti cənab Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

24 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Baş Naziri cənab Benyamin Netanyahu ilə görüşmüşdür.

2018-ci ilin 15-16 may tarixlərində Yerusəlimdə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 1-ci iclası keçirilmişdir.

2018-ci ilin 13-16 sentyabr tarixlərində İsrail Dövlətinin Müdafiə naziri cənab Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. 

16-17 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı cənab Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq

2015-ci ilin 17-20 fevral tarixlərində İsrail Dövləti Təhsil Nazirliyinin rəsmi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Nümayəndə heyəti AR Milli Məclisi, Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində görüşlər keçirmişdir.

Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir.

İsrail Dövlətinin Bakıdakı Səfirliyi yanında İsrailin mədəni-informasiya mərkəzi, İsrail mədəniyyət və maarifçilik fondunun köməyi vasitəsilə Bakıda fəaliyyət göstərir.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 12 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

23.96

1 766.95

1 790.91

2015

24.87

801.53

826.4

2016

15,622.45

664,113.14

679,735.59

2017

35,673.88

638,938.40

671,612.28

2018

6,686.28

308,220.26

314,906.54

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

2013-cü ilin avqust ayında İsrail-Azərbaycan Ticarət-Sənaye Palatası rəsmən fəaliyyətə başlayıb. Palatanın qurucusu Aleks Kaplundur. Qurumun 34 təsisçisi var. Təsisçilərin ilk iclası avqustun sonunda Təl-Əvivdə keçirilmişdir. Palatanın əsas əməkdaşlıq istiqamətlərindən biri informasiya texnologiyaları, telekommunikasiyalar və kibertəhlükəsizlikdir.

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya

Yaranma tarixi: 13 dekabr 2016-cı il.

Sonuncu iclasın tarixi: 2018-ci ilin 15-16 may tarixlərində Yerusəlimdə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 1-ci iclası keçirilmişdir

 

Arxiv üzrə axtarış

xin diplomatic service