İraq

Waving Flag of Iraq (Animated Gif)

İraq Respublikası

                   

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Barham Salih

Baş Nazir: cənab Adil Abdul-Mehdi əl-Muntəfiki  

Xarici İşlər naziri: cənab Məhəmməd Əli Əlhakim

Parlament (Nümayəndələr Şurası) Sədri: cənab Məhəmməd Hadid Əli əl-Həlbusi  

Azərbaycan Respublikasının İraq Respublikasındakı müvəqqəti işlər vəkili: cənab Ramiz Qafarov

 

İkitərəfli münasibətlər

02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.

30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur.

1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır.

2014-cü ilin 10 fevral tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İraq Respublikasında rəsmi səfərdə olmuşdur.   

2015-ci ilin 11 aprel tarixində SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayev İraqa səfər etmişdir. Səfər zamanı o, İraqın Neft naziri ilə görüşmüşdür.

2015-ci ilin 01 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə səfər edən İraqın Neft naziri cənab Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

2015-ci ilin 22 sentyabr tarixində Bağdad-Bakı-Bağdad istiqamətində reyslərin açılışı mərasimi keçirilmişdir.

2015-ci ilin 29 sentyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Nyu-York şəhərində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində İraqın Xarici İşlər naziri cənab İbrahim Əl-Cəfəri ilə görüşmüşdür.

2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. 

18yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M.Bərzani ilə görüşmüşdür.

5 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində İraq Respublikasının Xarici İşlər nazirinin müavini cənab Səid Şorş Xalidi qəbul etmişdir.

01-03 may 2019-cu il tarixlərində İraq Respublikasının Xarici İşlər Nazirliyi Asiya və Avstraliya İdarəsinin rəisi cənab Əli Mehdi Al Dabbağ Bakıda keçirilmiş 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur. 

 

Müqavilə və hüquq bazası

Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

0.40

236.59

236.99

2015

0.21

187.480

187.69

2016

48.4

17 780.6

17 829.0

2017

0.2

15 724,7

15 724.9

2018

222.4

14 495.3

14 717.7

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

Azərbaycandan ixrac olunan məhsullar: Heyvan və bitki mənşəli yağlar və piylər, şəkər, çay, iribuynuzlu heyvan ətindən hazır və ya konservləşdirilmiş məhsullar, kağız, karton və onlardan hazırlanan məmulatlar, kakao məhsulları, konservləşdirilmiş meyvə və tərəvəz məhsulları və digər. 

İraqdan idxal olunan məhsullar: Şəkər, tütün

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya

Yaranma tarixi: 20 may 2011-ci il

Sonuncu iclasın tarixi: 4 dekabr 2013-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın birinci iclası keçirilmişdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service