İordaniya

Waving Flag of Jordan (Animated Gif)

İordaniya Haşimilər Krallığı

                   

Dövlət başçısı (Kral): Kral Əlahəzrət II Abdullah bin Hüseyn                                      

Vəliəhd: Şəhzadə Hüseyn bin Abdullah

Baş Nazir: Dr. Ömər Ər-Rəzzaz

Parlament (Nümayəndələr Palatası) Sədri: cənab Atif Yusif Saleh Ət-Taravneh                             

Xarici İşlər və Mühacir Məsələləri naziri: cənab Əymən Hüseyn Abdullah Əs-Safadi 

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri: cənab Rasim Rzayev

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi saytı: http://amman.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

İordaniya 28 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini tanımışdır.

1993-cü ilin fevral ayında İordaniya Haşimilər Krallığının Baş seremoneysteri Əmir Raad bin Zayedin başçılıq etdiyi və keçmiş Baş nazirin müavini, Nəqliyyat naziri cənab Əli Süheymətin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Səfər zamanı, 1993-cü ilin 13 fevral tarixində Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol, Birgə Bəyanat və Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında texniki, iqtisadi və mədəni əməkdaşlıq haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.

1994-cü ilin 13 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev İKT üzv dövlətlərinin dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən Zirvə Toplantısı çərçivəsində İordaniya Kralı Əlahəzrət Hüseyn bin Talal ilə görüşmüşdür.

20-21 oktyabr 2014-cü il tarixlərində “İƏT üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda Bakıda keçirilmiş V beynəlxalq konfransda İordaniya Haşimilər Krallığının Qadın Məsələləri üzrə Milli Komissiyasının Baş katibi xanım Salma Əl Nims iştirak etmişdir.

4 noyabr 2014-cü il tarixində İordaniya Haşimilər KrallığınınAzərbaycan Respublikasına yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri cənab Nassar Əl-Habaşneh etimadnaməsinin nüsxəsini Xarici İşlər naziri cənab E.Məmmədyarova təqdim etmişdir. O, 19 noyabr tarixində etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

2015-ci ilin 12 iyun tarixində İordaniya şahzadəsi Feysal bin Hüseyn 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirak emişdir.

2017-ci ilin 25 sentyabr tarixindəAzərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər naziri cənab Ayman Əs-Safadi ilə görüşmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3686 saylı, 19fevral 2018-ci il tarixli Sərəncamıilə cənab RasimŞəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2018-ci ilin 19-20 fevral tarixlərində İordaniyada Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşımilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 3-cü iclası keçirilmişdir. 

4 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Azərbaycanda keçirmiş Qoşulmama Hərəkatının nazirlər toplantısında iştirak edən İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya üzrə dövlət naziri cənab Mohammad əl-Momanini qəbul etmişdir.

5 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya üzrə dövlət naziri cənab Mohammad əl-Momanini qəbul etmişdir.

28 sentyabr 2018-ci il tarixində Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacirlərin məsələləri üzrə naziri cənab Əymən Əs-Safadi ilə görüşmüşdür.

 

Humanitar sahədə əməkdaşlıq

2013-cü ilin 18-20 avqust tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İordaniyaya səfəri;

2013-cü ilin 31 oktyabr – 01 noyabr tarixlərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda İordaniya Haşimilər Krallığı Senatının sədri Taher Əl-Masrinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

20-21 oktyabr 2014-cü il tarixlərində “İƏT üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda Bakıda keçirilmiş V beynəlxalq konfransda İordaniya Haşimilər Krallığının qadın məsələləri üzrə milli komissiyasının baş katibi Salma Əl Nims iştirak etmişdir.

2016-cı ilin 29-30 sentyabr tarixlərində İordaniya Senatının üzvləri- İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mərvan Əl-Hmud, İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin sədri M.Əs-Saqur və komitənin digər üzvləri V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişlər.

2016-cı ilin 23-25 oktyabr tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Əl Əl-Beyt İslam Fikri Akademiyasının Əmman şəhərində keçirilən XVII konfransında iştirak etmiş və səfər çərçivəsində İordaniya Kralı II Abdullah ilə görüşmüşdür.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 32  sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə İordaniya arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

954.3

39.6

993.9

2015

718.9

13.8

732.7

2016

2 132.54

2 734.10

4 866.64

2017

2 498.92

4 146.87

6 645.79

2018

5 598.9

1 448.2

7 047.1

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Azərbaycandan ixrac olunan məhsullar:

  • tütün

İordaniyadan idxal olunan məhsullar:

  • kalium xlorid;
  • pərakəndə satış üçün qablaşdırılmış halda dərman vasitələri.
  • pərakəndə satış üçün uşaq yeməkləri
  • meyvə-tərəvəz

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya

Yaranma tarixi: 7 fevral 2008-ci il.

Sonuncu iclasın tarixi: 19-20 fevral 2018-ci ilin tarixlərində Əmman şəhərində Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üçüncü iclası keçirilmişdir.

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service