Fələstin

Waving Flag of Palestine (Animated Gif)

Fələstin Dövləti

                                       

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Mahmud Abbas (Abu Məzin)                   

Baş Nazir: cənab Məhəmməd Ştayeh

Parlament Sədri (Fələstin Milli Şurası)cənab Səlim Əz-Zanoun

Xarici İşlər naziri: cənab Riyad Nəcib Əbdürrəhman Əl-Maliki

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri: cənab Nasir Əbdülkərim Əbdürrəhman 

 

İkitərəfli münasibətlər

1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2010-cu ilin 26 oktyabr tarixində Fələstinin ölkəmizdə ilk təyin edilmiş səfiri cənab Nasir Əbdülkərim Əbdürrəhman etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir. 

2011-ci ilin 28-29 iyun tarixlərində Fələstin Prezidenti cənab Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Bu, Fələstin Prezidentinin Azərbaycana ilk səfəri olmuşdur.

29 iyun 2011-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olan Fələstin Prezidenti cənab Mahmud Abbas və Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Elçin Əfəndiyevin iştirakı ilə Fələstin Səfirliyinin rəsmi açılışı olmuşdur. 

29 iyun tarixində Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadə adından Fələstin Prezidenti cənab Mahmud Abbasın şərəfinə nahar ziyafəti verilmişdir.  

2012-ci ilin 2-3 mart tarixlərində Fələstin Prezidenti Administrasiyasının rəhbəri cənab Hüseyn Rabaia İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin 3-cü Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. 

2013-cü ilin 21 aprel tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinə səfər etmişdir.

2013-cü ilin 23-26 aprel tarixlərində Fələstin Dövlətinin Əmək naziri Dr. Əhməd Məcdalani İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilmiş II toplantısında iştirak etmişdir.

2013-cü ilin 4 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazirinin  müavini cənab Araz Əzimov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinə səfər etmişdir.

13 may 2014-cü il tarixində Xarici İşlər naziri cənab E.Məmmədyarov SƏK-in Ər-Riyad şəhərində keçirilmiş ƏDL - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumu çərçivəsində Fələstin Xarici İşlər naziri cənab Riyad Əl-Maliki ilə görüşmüşdür. 

15-16 oktyabr 2014-cü il tarixində Fələstin Xarici İşlər naziri cənab Riyad Əl-Malikinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur.

15 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazirinin  müavini cənab Araz Əzimov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinə səfər etmişdir.

16 fevral 2017-ci il tarixində Fələstin Xarici İşlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini cənab Mazen Şamiya Azərbaycanda səfərdə olmuş və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilmişdir.

16-17 mart 2017-ci il tarixlərində “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda Bakıda keçirilmiş V Qlobal Bakı Forumunda Fələstin Baş Nazirinin müavini cənab Ziyad Əbu Amr iştirak etmişdir. 

2017-cı ilin 15 aprel tarixində İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Fələstin Dövlətinin Prezidenti cənab Mahmud Abbas arasında və hər iki ölkənin XİN başçıları arasında təbrik məktubları mübadiləsi həyata keçirilmişdir.

23 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Fələstinin Xarici İşlər naziri Riyad Əl-Maliki ilə görüşmüşdür.

4 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər toplantısında iştirak edən Fələstin Dövlətinin Xarici İşlər naziri cənab Riyad Əl-Malikini qəbul etmişdir.

5 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Fələstin Dövlətinin Xarici İşlər naziri cənab Riyad Əl-Malikini qəbul etmişdir.

4-6 noyabr 2018-ci il tarixlərində Bakıda “Fələstin Dövlətinin Asiya Qitəsindəki Səfirlərinin Konfransı” keçirilmişdir. Tədbirlə əlaqədar Fələstin Dövlətinin Xarici İşlər naziri cənab Riad Əl-Maliki Azərbaycana səfər etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2013-cü ilin 11 iyun tarixində Fələstin xarici işlər naziri Riyad Əl-Malikinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Fələstin xalqına yardım məqsədi ilə İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılmasına dair Konfransda və Qüds şəhərinin inkişaf etdirilməsi məqsədi ilə sektor planının maliyyələşdirilməsinə dair donor ölkələrinin konfransında  iştirak etmək məqsədi ilə Azərbaycana səfər etmişdir. Sözügedən konfransların nəticəsi olaraq, Azərbaycan tərəfi Fələstin Dövlətinə 5 milyon ABŞ dollar məbləğində yardım ayırmışdır.     

29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 500 min manat (635 min ABŞ dolları) məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülmüşdür.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 3 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan Fələstin arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

35.9

 

35.9

2015

46.1

 

46.1

2016

156.9

119.0

37.9

2017

318.3

58.1

260.2

2018

207.2

 

207.2

 

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service