Əlcəzair

Waving Flag of Algeria (Animated Gif)

Əlcəzair Xalq Demokratik Respublikası

 

Dövlət başçısı (Prezident səlahiyyətlərini icra edən): Zati-aliləri cənab Abdulqadir Bensalah

Parlament (Milli Xalq Assambleyası) Sədri: cənab Sliman Şenin

Xarici İşlər naziri: cənab Sabri Bukadum

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Lahssan Boufares (iqamətgahı Ankara şəhəri)

 

İkitərəfli münasibətlər

Əlcəzair Xalq Demokratik Respublikası 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin 22 aprel tarixində yaradılmışdır.

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti 28 noyabr 2014- cü il tarixli, 894 saylı sərəncam imzalamışdır. 

2015-ci ilin yanvar ayında Əlcəzair Azərbaycanda diplomatik ofis açmışdır. Ofisin rəhbəri cənab Abbes Benmoussat təyin olunmuşdur.

20-21 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə iştirak etmək məqsədi ilə Əlcəzairin Milli Xalq Məclisi sədrinin müavini cənab Abdul Rəzzaq Tərbaşın başçılıq etdiyi parliament nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.  

22-24 sentyabr 2018-ci il tarixlərində OPEC-ə üzv ölkələrin nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Energetika naziri cənab Pərviz Şahbazov Əlcəzairdə səfərdə olmuşdur.  

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında 2 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

27-30 noyabr 2017-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti (AMEA-nın akademik katibi akademik Rasim Əliquliyev və AMEA Geologiya İnstitutunun şöbə müdiri professor Qulam Babayev) Əlcəzair Elmlər və Texnologiyalar Akademiyasının prezidenti professor xanım Məlikə Əllabın dəvəti ilə Əlcəzairdə səfərdə olmuşdur.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan ilə Əlcəzair arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

916.2

673.2

243.0

2015

61.76

133.85

72.09

2016

10 857.32

11 240.58

383.26

2017

1 004.1

987.4

16.7

2018

1 426.15

8.57

1 417.58

 

 

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service