Cibuti

Waving Flag of Djibouti (Animated Gif)

Cibuti Respublikası

 

Dövlət başçısı (Prezident): Zati-aliləricənab İsmayıl Ömər Qelle

Hökumət başçısı (Baş Nazir): cənab Əbdülqadir Kamil Məhəmməd

Parlament (Milli Assambleya) Sədri: cənab Məhəmməd Əli Huməd

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Mahmud Əli Yusif     

Azərbaycan Respublikasının Cibuti Respublikasındakı səfiri: cənab Elman Abdullayev (iqamətgahı Əddis Əbəbə şəhəri)

Cibuti Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Əli Məhəmməd Kamil (iqamətgahı Moskva şəhəri)         

 

İkitərəfli münasibətlər

Azərbaycan və Cibuti arasında diplomatik əlaqələr 22 oktyabr 1996-cı il tarixində qurulmuşdur.

1993-cü il 30 aprel tarixində Cibuti Respublikası BMT Təhlükəsizlik Şurasının 822-ci saylı qətnaməsinin qəbul olunması zamanı Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmiş və Ermənistanın təcavüzkar siyasətini qəti surətdə pisləmişdir. 

1996-cı ilin 22 oktyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması haqqında protokol imzalanmışdır.

26oktyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri cənab Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul etmişdir. 

29-30noyabr 2016-ci il tarixlərində AZAL Qapalı Səhmdar Cəmiyyətinin prezidenti cənab Cahangir Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Cibutidə səfərdə olmuşdur.

11 yanvar 2017-ci il tarixində Cibuti Respublikasının Milli Assambleyası (Parlament) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul etmişdir.

24-26fevral 2017-ci il tarixlərində Cibuti Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri cənab Mahmud Əli Yusuf Azərbaycanda rəsmi səfərdə olmuşdur.

5-6 aprel 2018-ci il tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında Cibuti Respublikasının Xarici İşlər üzrə dövlət naziricənab Mahmud Əli Yusif iştirak etmişdir.

20-21 sentyabr 2018-ci il tarixlərindəAzərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə iştirak etmək məqsədi ilə Cibuti Respublikasının Milli Assambleyasının sədricənab Mohamed Ali Humədin başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq

10 aprel 2017-ci il tarixində Azərbaycan hökuməti adından Cibutiyə humanitar yardım yola salınmışdır. 76 tona yaxın humanitar yardıma 56 ton müxtəlif ərzaq məhsulları (qənd, şəkər tozu, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel) və 20 ton içməli su daxildir.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 2 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Cibuti arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2016

55.3

0

55.3

2017

298.1

298.1

0

Arxiv üzrə axtarış

xin diplomatic service