Sudan

Waving flag of Sudan (Animated Gif)

Sudan Respublikası

 

Dövlət başçısı (Suveren Keçid Şurasının Prezidenti):Əbdülfəttah Əl-Burhan Əbdülrəhman Əl-Burhan

Baş nazir:cənab Abdullah Hamduk

Xarici İşlər naziri:xanım Asmaa Mohamed Abdalla Mohamed

Azərbaycan Respublikasının Sudan Respublikasındakı səfiri:cənab Tural Rzayev (iqamətgahı Qahirə şəhəri)

Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri:cənab Abbas Mustafa Əhməd Abdulla

 

 

İkitərəfli münasibətlər

Azərbaycan ilə Sudan Respublikası arasında diplomatik əlaqələr 25 iyul 1992-ci ildə qurulmuşdur.

Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsi 1 sentyabr 2014-cü il tarixində 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımışdır.

2014-cü ilin 2-3 oktyabr tarixlərində keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumunda Sudan Respublikasının Rifah və Sosial Təhlükəsizlik üzrə dövlət naziri cənab Kamal Həsən Əlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

17-19 mart 2015-ci il tarixlərində Sudan Respublikasının Xarici İşlər naziri cənab Əli Əhməd Karti Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2 may 2016-cı il tarixli, 2019 saylı Sərəncamı ilə cənab Tural Rzayev Azərbaycan Respublikasının Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 3080 saylı, 12 iyul 2017-ci il tarixli Sərəncamı ilə cənab Tarik Hamza Zeynəlabdin Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu təyin edilmişdir.

24 oktyabr 2017-ci il tarixində Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Azərbaycan Respublikasının Sudan Respublikasındakı fəxri konsulu, Sudatel telekommunikasiya şirkətinin prezidenti cənab Tarik Hamza Zeynəlabdini qəbul etmişdir.

8 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sudan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Abbas Mustafa Əhməd Abdullanın etimadnaməsini qəbul etmişdir.

6 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənabElmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Sudan Respublikasının Xarici İşlər üzrə dövlət naziri cənab Məhəmməd İdrisi qəbul etmişdir.

20-21sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə iştirak etmək məqsədi ilə Sudan Respublikasının Milli Assambleyasının sədri cənab İbrahim Əhməd Ömərin başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

25-26 oktyabr 2018-ci il tarixlərində keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmiş Sudan Respublikasının Federal Hökumət naziri cənab Hamid Mohamed Elnour Əhmədi ölkəmizə səfər çərçivəsində Xarici İşlər naziri cənab Elmar Məmmədyarov qəbul etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2014-cü ilin 2-3 oktyabr tarixlərində keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumunda Sudan Respublikasının Rifah və Sosial Təhlükəsizlik üzrə dövlət naziri Kamal Həsən Əlinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Səfər zamanı Sudan nümayəndə heyətinin rəhbəri Baş Nazirin müavini Ə.Əhmədov ilə görüşmüşdür.

25 - 26 oktyabr 2018-ci il tarixlərində keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmiş Sudan Respublikasının Federal Hökumət naziri Hamid Mohamed Elnour Əhmədi ölkəmizə səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov qəbul etmişdir.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 6 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Sudan arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

134.7

69.1

65.6

2015

42.1

2.1

-

2016

10.9

-

10.9

2017

93.8

1.8

92.0

2018

76.5

3.0

73.5

 

Arxiv üzrə axtarış

xin diplomatic service