Yəmən

Waving Flag of Yemen (Animated Gif)

Yəmən Respublikası

 

Dövlət başçısı: Zati-aliləri Prezident Abdurabbo Mənsur Hadi                        

Xarici İşlər naziri: cənab Xalid Hüseyn Məhəmməd Əl-Yəmani                         

Azərbaycan Respublikasının Yəmən Respublikasındakı səfiri: cənab Şahin Abdullayev (iqamətgahı Ər-Riyad şəhəri)

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasında diplomatik münasibətlər 25 fevral 1992-ci ildə yaradılmışdır.

Yəmən Respublikasının Türkiyə Respublikasındakı və eyni zamanda Azərbaycan Respublikasındakı səfiri Əhməd Hüseyn Əl-Başa 23 mart 2002-ci il tarixində etimadnamələrini Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə təqdim etmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab E.Məmmədyarov İKT-nin Xarici İşlər Nazirlərinin 32-ci Toplantısında iştirak məqsədilə 2005-ci ilin 28-30 iyun tarixlərində Yəmən Respublikasına səfər etmiş, səfər zamanı Yəmən Respublikasının Prezidenti cənab Əli Abdullah Saleh və Yəmən Respublikasının Xarici İşlər naziri cənab Əbu Bəkir Əl-Kirbi ilə görüşmüşdür. 

6 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Yəmən Respublikasının Baş Nazirinin müavini, Xarici İşlər naziri Əbdülməlim Əl-Mixlafini qəbul etmişdir.

29 oktyabr - 17 noyabr 2018-ci il tarixlərində Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında BTİ-nin Şurasının 2019-2022-ci illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Yəmən tərəf Azərbaycanın namizədliyini dəstəkləmişdir.  

Arxiv üzrə axtarış

xin diplomatic service