Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası

Image result for The Cooperation Council for the Arab States of the Gulf flag

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası haqqında

ümumi məlumat

 

Təsis olunduğu tarix: 25 may 1981-ci il

Rəsmi dil: Ərəb dili

Tip: Ticarət bloku

Baş Katib: cənab Əbdüllətif bin Rəşid Əl-Zəyani

          

Üzv dövlətlər

  • Səudiyyə Ərəbistanı Krallığı
  • Bəhreyn Krallığı
  • Oman Sultanlığı
  • Küveyt Dövləti
  • Qətər Dövləti
  • Birləşmiş Ərəb Əmirlikləri

 

Əməkdaşlıq etdiyi sahələr         

  • Siyasi məsələlər
  • Hərbi sahədə əməkdaşlıq
  • İqtisadi sahədə əməkdaşlıq
  • Təhlükəsizlik sahəsində əməkdaşlıq
  • KİV sahəsində əməkdaşlıq
  • İnsan və ətraf mühit sahəsində əməkdaşlıq
  • Hüquq və məhkəmə sahəsində əməkdaşlıq
  • Ali Şuranın Məşvərət Komissiyası
  • Audit sahəsində əməkdaşlıq
  • Yəmən Respublikası, İordaniya və Mərakeş Krallıqları ilə əməkdaşlıq
  • Digər ölkələr və iqtisadi təşkilatlar ilə əməkdaşlıq

 

KƏŞ-in ən mühüm siyasi və strateji  məqsədləri

KƏŞ üzv dövlətləri üçün ümumi maraq kəsb edən siyasi məsələlərin beynəlxalq və regional təşkilatlar çərçivəsində həlli ilə bağlı vahid mövqeyin əldə olunması istiqamətində əməkdaşlıq və fəaliyyəti koordinasiya etmək. Ümumi maraqlar, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanaraq, dünyanın digər ölkələri ilə də əməkdaşlıq etmək.

 

Məqsədləri

Şuranın əsas məqsədi üzv dövlətlər arasında fəaliyyətin koordinasiya edilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi, habelə iqtisadiyyat, maliyyə, ticarət, gömrük, turizm, qanunvericilik, sənaye, dağ-mədən, kənd təsərrüfatı, su ehtiyatları, özəl sektor və ümumiyyətlə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, elmi-tədqiqat mərkəzlərinin və birgə müəssisələrin yaradılması və elmi-texniki tərəqqiyə nail olmaqdan ibarətdir.

 

Struktur

Ali Şura: KƏŞ-in ən yüksək qərar qəbul etməyə malik olan orqanıdır. Tərkibi KƏŞ dövlət rəhbərlərindən ibarət bu orqanın ildə bir dəfə zirvə toplantısı keçirilir. Şuraya sədrlik ərəb əlifbası sırası ilə dəyişir. Önəmli məsələlər üzrə qərarlar yekdil təsdiqlənir. Fövqəladə sessiyalar Şuraya hər hansı digər üzv dövlətin tələbi ilə çağırıla bilər. 1998-ci ildə Şuranın Əbu-Dabi şəhərində keçirilmiş zirvə görüşündə, Ali Şura ötən və növbəti zirvə görüşləri arasında məşvərətçi görüşlərin keçirilməsini qərara almışdır. Görüşdə üzv dövlətlərin üçdə ikisi iştirak etməlidir. Hər bir üzv dövlət bir səsə malikdir.

Nazirlər Şurası: Xarici İşlər nazirləri və ya digər Nazirlərdən ibarətdir, Şura hər üç aydan bir toplanır. Nazirlər Şurası siyasi kursu müəyyənləşdirir və qərarların icrasını tənzimləyir.

Baş Katiblik: İnzibati orqan kimi görüşlər təşkil edir və siyasi məsələlərin həyata keçirilməsinin  monitorinqini aparır.

Məşvərət Komissiyası: hər bir üzv dövlətin beş nümayəndəsindən təşkil olunan komissiya Ali Şuraya məsləhətlər verir.

Mübahisələrin həlli üzrə Komissiya: müvəqqəti əsasda (ad hoc) yaranır və üzv dövlətlər arasında problemlərin sülh yolu ilə həlli istiqamətində səylər göstərir.

Baş Katib: Ali Şura tərəfindən üç il müddətinə təyin olunur. O, ikinci müddətə seçilə bilər. 2011-ci ilin 1 aprel tarixindən etibarən Əbdül Lətif Bin Rəşid Əz-Zəyani Şuranın Baş Katibidir.

 

İkitərəfli münasibətlərin qısa tarixi

2013-cü ilin 09-13 iyun tarixlərində Körfəz Əməkdaşlıq Şurasının Baş katibi cənab Əbdüllətifbin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

11 iyun 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi cənab Əbdüllətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

18-20 oktyabr 2017-ci il tarixlərində Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibi doktor Əbdüllətif bin Rəşid Əl-Zəyani Azərbaycanda səfərdə olmuşdur.

18 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi cənab Əbdüllətifbin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Həmin gün cənab Əbdüllətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini İqtisadiyyat naziri cənab Ş.Mustafayev və Xarici İşlər naziri cənab E.Məmmədyarov qəbul etmişlər.

20 oktyabr 2017-ci il tarixində KƏŞ-in Baş katibi doktor Əbdüllətif bin Rəşid Əl-Zəyani 1-ci Azərbaycan-KƏŞ biznes forumunda iştirak etmişdir. 

 

Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurası arasında imzalanmış sənədlər

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Körfəz Əməkdaşlığı Şurasının Baş Katibliyi arasında Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memorandumu” (12 iyun 2013-cü il Bakı)

Arxiv üzrə axtarış

xin diplomatic service