Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT)

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT)

2014-cü ilin aprel ayında Avropa İttifaqı (Aİ) və AŞ arasında insan hüquqları, demokratiya və qanunun aliliyi sahələrindəŞərq Tərəfdaşlığı ölkələri (Ermənistan, Azərbaycan, Belarus,Gürcüstan, Moldova Respublikası və Ukrayna) ilə əməkdaşlıq layihələrinin icrasınadair razılığa gəlinmişdir. İlk öncə Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi (Programmatic Cooperation Framework), 2017-ci ildən etibarən isə Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (Partnership for Good Governance - PGG) adlanan bu təşəbbüsdə Aİ əsas donor, AŞ isə layihələri həyata keçirən təşkilat qismində çıxış edir. Sözügedən təşəbbüs çərçivəsində bir sıra regional və ikitərəfli layihələr icra olunmuşdur. PGG-nin birinci mərhələsi(PGG I)2017-ci ildə başa çatmış, həmin ilin sonunda qalan büdcə hesabına bu təşəbbüsün daha bir illik uzadılması qərara alınmışdır.

PGG-nin birinci mərhələsində ədliyyə sahəsində islahatlar, korrupsiya ilə mübarizə, kibercinayətkarlıq, insan hüquqları sahəsində maarifləndirmə, yerli özünüidarəetmə, ifadə və media azadlığı, penitensiar sistemdə islahatlar, gender bərabərliyi və s. sahələr üzrə bir çox regional və ikitərəfli layihələr həyata keçirilmişdir.

Ümumilikdə 14 regional layihəyə əlavə olaraq Azərbaycan üçün ümumi büdcəsi 4.9 milyon avro təşkil edən ikitərəfli layihələr də icra olunmuşdur:

  1. Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi;
  2. Azərbaycan Respublikasında ədliyyə xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması;
  3. Azərbaycanda korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması üçün bacarıqların artırılması;
  4. İfadə azadlığı və media azadlığı.

2018-ci ildə PGG-nin 2019-2021-ci illəri əhatə edəcək ikinci mərhələsi (PGG II) üzrə Aİ tərəfindən müsbət qərar verilmiş, ikinci mərhələdə həyata keçiriləcək layihələr üzrə işə başlanılmışdır. Belə ki, ölkəmiz üzrə milli səviyyədə 2, regional səviyyədə də 4 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr aşağıdakılardır:

Milli səviyyədə:

  1. Çirkli pulların yuyulmasına qarşı mübarizə və aktivlərin qaytarılmasının (asset recovery) gücləndirilməsi;
  2. Azərbaycanda məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması.

Regional səviyyədə:

  1. İqtisadi cinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə fəaliyyətin gücləndirilməsi;
  2. Qadınların ədliyyəyə çıxışı: İstanbul Konvensiyası və gender bərabərliyi sahəsində digər Avropa standartlarının həyata keçirilməsi;
  3. Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində törədilən cinayətlər və nifrət nitqi qurbanları üçün məhkəmədən kənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxışın gücləndirilməsi;
  4. Hüquqşünasların peşə fəaliyyətinin Avropa standartlarına uyğun gücləndirilməsi.

Arxiv üzrə axtarış

xin diplomatic service