Zimbabve

Waving Flag of Zimbabwe (Animated Gif)

Zimbabve Respublikası

 

Dövlət Başçısı (Prezident): Zati-aliləri cənab Emmerson Mnanqaqva

İki palatalı parlament: Senat (yuxarı palata) – Prezident: cənab Mabel Çinomona

Assambleya palatası(aşağı palata) – Sədr: cənab Ceykob Mudenda

Xarici İşlər və Beynəlxalq Ticarət naziri: cənab Sibusiso Moyo

 

İkitərəfli münasibətlər

2008-ci ilin 24 oktyabr tarixlərində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. 

2009-cu ilin fevral ayının 6-da Zimbabve Respublikasının Rusiya Federasiyasındakı, eyni zamanda Azərbaycan Respublikasındakı Səfiri cənab Phelekezela Mphoko etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

2012-ci ilin avqust ayında Zimbabve Respublikasının Rusiya Federasiyasındakı Səfiri cənab Bonifas Guva Çidyausiku ölkəsinin eyni zamanda Azərbaycanda səfiri təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2589 saylı, 11 dekabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Elxan Poluxov iqamətgahı Pretoriya şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Zimbabve Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

Zimbabve Respublikasına səfəri çərçivəsində Səfir E.Poluxovun 2014-cü ilin 2 aprel tarixində Zimbabvenin Xarici İşlər naziri cənab S.Mumbengegvi və Zimbabve Respublikasının Prezident və Nazirlər Kabinetinin protokol İdarəsinin rəisi səfir M.S.Kajese ilə görüşü baş tutmuşdur.

3 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının səfiri Elxan Poluxov Zimbabve Respublikasının Prezidenti cənab Robert Qabriel Muqabe tərəfindən qəbul olunmuş və etimadnaməsini təqdim etmişdir.

10-11 aprel 2014-cü il tarixlərində Zimbabve Respublikasının Xarici İşlər naziri cənab Simbaraşe Mumbenqeqvinin Azərbaycan Respublikasına rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində qonaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Xarici İşlər naziri cənab E.Məmmədyarov, Kənd Təsərrüfatı naziri cənab H.Əsədov, İqtisadiyyat və Sənaye naziri cənab Ş.Mustafayev tərəfindən qəbul edilmişdir.

18-19 yanvar 2019-cu il tarixində Zimbabve Respublikasının Prezidenti cənab Emmerson Mnanqaqva Azərbaycan Respublikasına dövlət səfəri etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşmüşdür.

 

Arxiv üzrə axtarış

xin diplomatic service