Avropa Şurası - Azərbaycan Fəaliyyət Planı

Avropa Şurası –Azərbaycan Fəaliyyət Planı

2014-cü ilin may ayında Avropa Şurasının baş katibi Torbyorn Yaqland və AŞPA-nın həmin vaxt sədri olan Ann Brassör Azərbaycanda səfərdə olmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri cənab Oqtay Əsədov tərəfindən qəbul edilmiş, digər dövlət rəsmiləri ilə görüşlər keçirmişlər. 

Səfər zamanı T.Yaqlandın iştirakı ilə növbəti illərdə Azərbaycan və AŞ arasında əməkdaşlığın başlıca çərçivəsini təşkil edən Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planının (FP) təqdimat tədbiri keçirilmişdir. Fəaliyyət Planının icra müddəti daha sonra 2017-ci ilin sonunadək uzadılmışdır.

AŞ ilə Azərbaycan arasında əməkdaşlığın mühüm vasitəsi olan FP-nin icrası çərçivəsində müxtəlif sahələr üzrə bir çox layihə və tədbirlər həyata keçirilmişdir. FP-nin icrası hər iki tərəfdən müsbət qiymətləndirilmiş, nəticə etibariləbu çərçivədə əməkdaşlığın davam etdirilməsi və növbəti fəaliyyət planının razılaşdırılması istiqamətində işlərin aparılması qərara alınmışdır. Azərbaycan tərəfinin AŞ Katibliyi ilə apardığı məsləhətləşmələr nəticəsində 2019-2021-ci illəri əhatə edəcək növbəti FP layihəsi 2018-ci il oktyabr ayının 17-dəAŞ Nümayəndələr Komitəsi tərəfindən təsdiq edilmişdir.

Qarşılıqlı əməkdaşlıq üçün çərçivə rolunu oynayan bu sənəd bir sıra istiqamətlər üzrə AŞ-nin texniki yardım və ekspertizasından yararlanmağa imkan yaratmaqla, ölkəmizdə müvafiq sahələrdə davam edən islahatlar gündəliyinin dəstəklənməsinə töhfə verir.

https://rm.coe.int/action-plan-azerbaijan-2018-2021/16808e70d6

Arxiv üzrə axtarış

xin diplomatic service