Zambiya

Waving Flag of Zambia (Animated Gif)

Zambiya Respublikası

 

Dövlət Başçısı (Prezident): Zati-aliləri cənab Edqar Çaqva Lunqu

Vitse-prezident: xanım Inonqe Mutukva Vina

Milli Assambleyanın Sədri: cənab Patrik Matibini

Xarici İşlər naziri: cənab Jozef Malanji

 

İkitərəfli münasibətlər

1993-cü ilin 18 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

Zambiya Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri cənab Peter Lusaka Çintala 27 iyun 2005-ci ildə iqamətgahı Moskva şəhərində olmaqla, Zambiya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2010-ci il 12 oktyabr tarixində Zambiya Respublikasının Azərbaycana təyin edilmiş yeni fövqəladə və səlahiyyətli səfiri cənab Patrik Nailobi Sinyinza etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmişdir.

22 noyabr 2013-cü ildə Zambiya Respublikasının iqamətgahı Moskva şəhərində olmaqla Azərbaycana təyin edilmiş səfiri Frederik Şumba etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service