Uqanda

Waving Flag of Uganda (Animated Gif)

Uqanda Respublikası

 

Dövlət Başçısı (Prezident): Zati–aliləri cənab Yoveri Moseveni

Vitse-prezident: cənab Edvard Ssekandi

Baş Nazir: cənab Ruhakana Ruqunda

Parlament Sədri: xanım Rebekka Kadaqa

Xarici İşlər naziri: cənab Sam Kahamba Kutesa

 

İkitərəfli münasibətlər

1995-ci ilin 19 avqust tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin ikinci iclasında iştirak etmək məqsədilə Uqanda Respublikasının Xarici İşlər naziri, İƏT kordinatoru xanım Kahuea Laura Azərbaycanda səfərdə olmuşdur.

2013-cü ilin 11 iyun tarixində Bakıda keçirilən “Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə Donor Konfransı” və “Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisi Konfransı”nda Uqandanı Regional Əməkdaşlıq üzrə dövlət naziri cənab Asuman Kiyingi təmsil etmişdir.

2014-2016-cı illər dövründə Azərbaycan Respublikası ilə UNESKO arasında mövcud olan Etimad Fondu vasitəsilə Uqanda, Tanzaniya və Keniyada qızların təhsili və maarifləndirilməsi sahəsində layihə maliyyələşdirilmişdir. Bu layihə üçün 300 000 ABŞ dolları miqdarında vəsait ayrılmışdır.

Uqanda Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri cənab Henry Oryem Okello 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə işçı səfərdə olmuşdur.

21 sentyabr 2018-ci il tarixində Uqanda Respublikasının Dövlət Xidmətləri naziri cənab Vilson Muruli Mukasa Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd Davamlı İnkişaf Məqsədləri və 2030 Gündəliyi kontekstində Afrika ölkələrinin inkişafı, nümunəvi idarəetmə və sosial-iqtisadi irəliləyiş baxımından xüsusi önəm daşıyır. Səfər zamanı Uqanda nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, “ABAD” publik hüquqi şəxsi, səyyar “ASAN xidmət” təcrübəsi ilə tanış olmuşdur. 

Arxiv üzrə axtarış

xin diplomatic service