Syerra-Leone

Waving Flag of Sierra Leone (Animated Gif)

Syerra-Leone Respublikası

 

Prezident: Zati–aliləri cənab Culius Maada Bio

Vitse-prezident: cənab Mohamed Culdeh Calloh

Parlament Sədri: cənab Abass Bundu 

Xarici İşlər naziri: xanım Nabila Tunis

 

İkitərəfli münasibətlər

1995-ci ilin 13 mart tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

25 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Syerra-Leonenin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri cənab Alie Kabba ilə görüşmüşdür.

 

Humanitar sahədə əməkdaşlıq

2014-cü ildə Ebola epidemiyasının bəzi Afrika ölkələrində yayılması çoxsaylı insan tələfatı ilə yanaşı, həmin ölkələrin iqtisadiyyatına ağır zərbə ilə nəticələnmişdir. Bu xüsusda, 2015-cİ ildə Azərbaycan hökuməti Ebola epidemiyasından zərər çəkən Syerra-Leone, Qvineya, Liberiya, olmaqla, üç Afrika ölkəsinə bu epidemiya ilə mübarizəyə dəstək məqsədilə 1 milyon ABŞ dolları həcmində yardım etmişdir. Yardım BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə Ofisi (OCHA) vasitəsilə həyata keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service