Seneqal

 

 Waving Flag of Senegal (Animated Gif)

Seneqal Respublikası

 

Prezident: Zati-aliləri cənab Maki Sall

Parlament Sədri: cənab Mustafa Niyasse

Xarici İşlər və Xaricdə yaşayan seneqallılarla iş üzrə nazir: cənab Amadu Ba

 

İkitərəfli münasibətlər

1996-cı ilin 14 mart tarixində Azərbaycan ilə Seneqal arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2207 saylı, 4 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Sabir Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Belçika Krallığının Brüssel şəhərində keçirilən ÜGT Şurasının 123/124-cü sessiyasında iştirakı müddətində 2014-cü ilin iyun ayının 26-daSeneqal Gömrüyünün Baş direktoru ElimaneSaliouGninqu ilə ikitərəfli görüş keçirmişdir.

8 sentyabr 2014-cü il tarixində Seneqal Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi Baş Gömrük İdarəsinin baş direktorunun müavini AliuNdiayenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tərəfindən qəbul olunmuşdur.

28 sentyabr 2018-ci iltarixində AR Xarici İşlərnaziri Elmar MəmmədyarovNyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasıçərçivəsindəSeneqalRespublikasının Xarici İşlərvə XaricdəyaşayanSeneqallılarlaişüzrənaziriSidikiKabailəgörüşmüşdür.

 

Humanitar sahədə əməkdaşlıq

2009-cu ildə Azərbaycan Respublikasının Hökuməti Seneqalda baş vermiş güclü yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması məqsədiləbu ölkəyə10 min ABŞ dolları məbləğində yardım göstərmişdir.

2010-cu ilin dekabr ayındaAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, inkişaf etməkdə olan dövlətlərə texniki yardım layihəsi çərçivəsində, ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya" elmi-tədqiqat İnstitutu ilə birgə Bakı şəhərində "Neft quyularının geologiyası vəneftin emalı metodlarında üstünlüklər" mövzusunda 10günlük kurs təşkil etmişdir.

Kurslarda Seneqal, Monqolustan, Vyetnam, Efiopiya, Seneqal, Yəmən, və Qambiyadan olan neft və qaz sahəsi üzrə mütəxəssislər iştirak etmişlər.

14-17 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən donor ölkələrin nümayəndələri üçün Seneqala təşkil olunan səfərdə iştirak etmişdir. Səfərin təşkilində əsas məqsəd ölkədə davam edən humanitar vəziyyətlə, xüsusilə Kasamanç bölgəsində silahlı qarşıdurma nəticəsində evlərini tərk etmiş və yenidən qayıtmış məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş BQXK tərəfindən həyata keçirilən layihələri ilə yaxından tanışlıq olmuşdur.

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service