Ruanda

Waving Flag of Rwanda (Animated Gif)

Ruanda Respublikası

 

Prezident: Zati–aliləri cənab Pol Kaqame

Baş Nazir: cənab Eduard Nqirente

İkipalatalı Parlament: Senatın prezidenti cənab Bernard Makuza

Millət vəkilləri palatasının sədri xanım Mukabalisa Donatil

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Riçard Sezibera

Azərbaycan Respublikasının Ruanda Respublikasındakı səfiri (iqamətgahı Ədis – Əbaba olmaqla): cənab Elman Abdullayev

Ruanda Respublikasının Azərbaycan Respublikasındakı səfiri (iqamətgahı Ankara olmaqla): cənab Vilyams Nkurunziza

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası və Ruanda Respublikası arasında diplomatik əlaqələr 28 May 2004-cü il tarixində yaradılmışdır.

5-6 may 2017-ci il tarixlərində Ruanda Respublikasının Birinci xanımı Janet Kaqame IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

6-9 may 2018-ci il tarixlərində “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kiqali şəhərində keçirilmiş “TransformAfrica” sammitində iştirak etmək məqsədilə Ruandada səfərdə olmuşdur. “Azərkosmos” ASC-nin sammitin xüsusi tərəfdaşı qismində çıxış etmişdir. Tədbir çərçivəsində “Azərkosmos” ASC-nin fəaliyyəti barədə stend quraşdırılmış, həmçinin 8 may tarixində tədbir iştirakçıları üçün qala-ziyafət təşkil edilmişdir.

21-24 fevral 2019-cu il tarixlərində səfir Elman Abdullayev Ruandaya səfəri çərçivəsində Ruandanın Xarici İşlər naziri R.Sezibera ilə görüşmüşdür.

 

Arxiv üzrə axtarış

xin diplomatic service