Qvineya

Waving Flag of Guinea (Animated Gif)

Qvineya Respublikası

 

Prezident: Zati-aliləri cənab Alfa Konde

Baş nazir: cənab Ibrahima Fofana

Parlament Sədri: cənab Klod Kori Kondiano

Xarici İşlər naziri: cənab Mamadi Ture

Qvineya Respublikasının Azərbaycan Respublikasındakı səfiri (iqamətgahı Moskva şəhərində olmaqla): cənab Mohamed Keyta

 

İkitərəfli münasibətlər

Qvineya Respublikası ilk dövlətlərdən biri olaraq 1992-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımış və Afrikanın ilk dövləti olaraq, 1992-ci ilin 11 mart tarixində Azərbaycanla diplomatik əlaqələr qurmuşdur.

23-26 aprel 2013-cü il tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin ikinci iclasında iştirak etmək məqsədilə Qvineyanın Ticarət Nazirliyinin şöbə müdiri Traore Məhəmmədin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

22 noyabr 2013-cü il tarixində Qvineya Respublikasının ölkəmizdəki səfiri (iqamətgahı Moskva şəhərində olmaqla) Mohamed Keyta etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

9-11 dekabr 2013-cü il tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Sivilizasiyalararası dialoq: Sülh və davamlı inkişaf amili” mövzusunda 40-cı sessiyasında Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq, Ebola virusu ilə mübarizə məqsədilə Azərbaycan tərəfindən BMT-nin Qlobal Fonduna 1 milyon ABŞ dolları həcmində yardım göstərilmişdir.

Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardim Agentliyi BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq 2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Qvineya ilə yanaşı, Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Kot-d’İvuar, Liviya, Mozambik, Mali və Nigerdə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilmişdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service