Qana

Waving Flag of Ghana (Animated Gif)

Qana Respublikası

 

Prezident: Zati-aliləri cənab Nana Addo Dankva Akufo-Addo

Vitse-prezident: cənab Mahamudu Bavumia

Parlament Sədri: cənab Aaron Mayk Okuaye

Xarici İşlər və Regional İnteqrasiya naziri: xanım Şirli Ayorkor Botçvey

 

İkitərəfli münasibətlər

11sentyabr 1992-ci iltarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

27 oktyabr 2016-cı ildə Prezident cənab İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Moskavada olmaqla) cənab Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.

27 noyabr 2017-ci il tarixində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Rəşad Nəbiyev Efiopiyaya səfər çərçivəsində Qananın Kommunikasiya nazirinin müavini cənab Corc Andah ilə görüşmüşdür.

Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri xanım Şirli Ayorkor Botçvey 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə işçı səfərdə olmuşdur. Səfər zamanı AR-in Birinci vitse-prezidentinin köməkçisi cənab Elçin Əmirbəyovla görüşmüşdür.

2018-ci ilin 25 sentyabr tarixində BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində AR Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Qana Respubikasının Xarici İşlər və Regional İnteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşmüş, iki ölkə arasında əməkdaşlığın mövcud səviyyəsi və gələcək inkişaf perspektivləri müzakirə edilmiş və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılmışdır.

1-3 may 2019-cu il tarixində Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri xanım Şirli Botçvey 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində 2 may 2019-cu il tarixində xanım Ş.Botçvey Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovla görüşmüşdür.

Arxiv üzrə axtarış

xin diplomatic service