Qambiya

Waving Flag of the Gambia (Animated Gif)

Qambiya Respublikası

 

Prezident: Zati–aliləri cənab Adama Barrou

Parlament Sədri: xanım Mariam Cek-Denton

Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə yaşayan Qambiyalılarla iş üzrə nazir: cənab Mamadu Tanqara

 

 

İkitərəfli münasibətlər

1994-ci ilin 11 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İkinci İclasında iştirak etmək məqsədilə Qambiya Respublikasının Əmək naziri cənab Kebba Turayın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

21-22 may 2013-cü iltarixlərində Qambiyanın Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə yaşayan qambiyalılarla iş üzrə naziri xanım Susan Vaffa Oqu Bakıda səfərdə olmuşdur.

2013-cü ilin 11 iyun tarixində Bakıda keçirilən “Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə Donor Konfransı” və “Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisi Konfransı”nda Qambiyanı İƏT-dəki daimi nümayəndəsi Səfir Omar Sallah təmsil etmişdir.

2018-ci ilin 7-8 iyun tarixlərində Qambiya Respublikasının Xarici İşlər naziri Useynu Darboenin başçılıq etdiyi, Qambiyanın Əmək və İnfrastruktur naziri Bai Lamin Jobenin daxil olduğu nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Nümayəndə heyəti AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, həmçinin Xarici İşlər naziri E.Məmmədyarovla görüş keçirilmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2010-cu ilin dekabr ayında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, inkişaf etməkdə olan dövlətlərə texniki yardım layihəsi çərçivəsində, ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya" elmi-tədqiqat İnstitutu ilə birgə Bakı şəhərində "Neft quyularının geologiyası və Neftin emalı metodlarında üstünlüklər" mövzusunda 10 günlük kurs təşkil etmişdir.

Kurslarda Qambiya ilə yanaşı, Monqolustan, Vyetnam, Efiopiya, Seneqal və Yəməndən olan neft və qaz sahəsi üzrə mütəxəssislər iştirak etmişlər.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli, 3457 nömrəli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli, 3567 nömrəli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilmişdir. 2018-2019-cu tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 14 ölkənin, Qoşulmama Hərəkatı üzrə isə 15 ölkənin ümumilikdə 40 vətəndaşı (hər proqram üzrə 20 nəfər olmaqla) Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır. Hazırda Qambiyanın vətəndaşları təhsil qrantı proqramları çərçivəsində Azərbaycanda təhsil alırlar.

Arxiv üzrə axtarış

xin diplomatic service