Mali

 

 Waving Flag of Mali (Animated Gif)

Mali Respublikası

 

Prezident: Zati-aliləri cənab İbrahim Bubakar Keyta

Baş Nazir: cənab Bubu Sisse

Parlametin Sədri: cənab İssaka Sidibe

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Tyebile Drame

 

İkitərəfli münasibətlər

1996-ci ilin 26 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi eyni zamanda Mali Respublikasında akkreditə olunub.

2017-ci ilin 4-6 may tarixlərində Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keyta  Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizə səfər etmişdir. 5 may 2017 ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2009-cu ildə Azərbaycan Respublikasının hökuməti Malidə baş vermiş güclü yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması məqsədiləbu ölkəyə 10 min ABŞ dolları məbləğində yardım göstərmişdir.

Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardim Agentliyi BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq 2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Mali ilə yanaşı, Benin, BurkinaFaso, Çad, Cibuti, Kamerun, Kot-d’İvuar, Qvineya, Liviya, Mozambik və Nigerdə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service