Liberiya

 

 

Waving Flag of Liberia (Animated Gif)

Liberiya Respublikası

 

Prezident: Zati-aliləri cənab Corc Manne Vea

Vitse-prezident: cənab Covel Teylor

İki palatalı parlament: Senat (yuxarı palata)müvəqqəti prezident cənab Albert Tugbe Çiye

Nümayəndələr palatası (aşağı palata) - sədr cənab Bofal Çambers

Xarici İşlər naziri: cənab Qbehzohnqar Milton Findli

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Liberiya Respublikası arasında diplomatik əlaqələr 22 may 1996-cı ildə qurulmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq

2014-cü ildə Ebola epidemiyasının bəzi Afrika ölkələrində yayılması çoxsaylı insan tələfatı ilə yanaşı, həmin ölkələrin iqtisadiyyatına ağır zərbə ilə nəticələnmişdir. Bu xüsusda, 2015-ci ildə Azərbaycan hökuməti Ebola epidemiyasından zərər çəkən Liberiya, Qvineya və Syerra Leone olmaqla, üç Afrika ölkəsinə bu epidemiya ilə mübarizəyə dəstək məqsədilə 1 milyon ABŞ dolları həcmində yardım etmişdir. Yardım BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə Ofisi (OCHA) vasitəsilə həyata keçirilmişdir.

2014-2016-ci illərdə Azərbaycan Respublikası ilə UNESKO arasında imzalanmış Əməkdaşlığa dair Çərçivə Sazişinə uyğun olaraq, “Liberiyada hamı üçün təhsil” proqramı çərçivəsində bir neçə layihə maliyyələşdirilmişdir. Bu layihə üçün 400 000 ABŞ dolları məbləğindəvəsait ayrılmışdır.

Arxiv üzrə axtarış

xin diplomatic service