Kot-d’İvuar

 

 

 Image result for côte d'ivoire flag

Kot-d’İvuar Respublikası

 

Prezident: Zati-aliləri cənab Alasana Dramane Uattara

Baş Nazir: cənab Amadu Qon Kulibali

Parlament Sədri: cənab Amadu Sumahoro

Xarici İşlər naziri: cənab Marsel Amon-Tano

 

İkitərəfli münasibətlər

1996-cı ilin 19 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin ikinci iclasında iştirak etmək məqsədilə Kot-d’İvuar Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Ture Vazumananın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq

Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardim Agentliyi (AİDA)BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq 2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Kot-d’İvuar, Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Qvineya, Liviya, Mozambik, Mali və Nigerdə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur.

14-22 may 2013-cü il tarixlərindəAİDA, Kolumbiyanın Prezident yanında Beynəlxalq Əməkdaşlıq Agentliyi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya" Elmi Tədqiqat İnstitutu ilə birgə "Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar" mövzusunda üçüncü ixtisasartırma kursu təşkil etmişdir.Sözügedən ixtisasartırma kursunda Kot-d’İvuar ilə yanaşı, Əlcəzair, Anqola, Kamerun, Çad, Misir, Liviya, Mavritaniya, Nigeriya, CAR və Sudan kimi neft-qaz sənayesinə malik Afrika ölkələrindən və Kolumbiyadan ümumilikdə 14 mütəxəssis iştirak etmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service