Keniya

Waving Flag of Kenya (Animated Gif)

Keniya Respublikası

 

Prezident: Zati aliləri cənab Uhuru Kenyatta

Vitse-prezident: cənab Vilyam Samuel Ruto

İkipalatalı parlament: Senat (yuxarı palata) – Sədr: cənab  Kennet Lusaka

Milli Assambleya (aşağı palata) – Sədr: cənab Castin Muturi

Xarici İşlər və Beynəlxalq Ticarət üzrə kabinet katibi: xanım Monika Katina Cuma

Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri: cənab Elman Abdullayev (iqamətgahı Əddis-Əbəbə şəhəri olmaqla)

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında diplomatik əlaqələr 28 may 2004-cü ildə qurulmuşdur.

2014-2016-cı il tarixlərində Azərbaycan Respublikası ilə UNESKO arasında mövcud olan Etimad Fondu vasitəsilə Keniya, Tanzaniya və Uqandada qızların təhsili və maarifləndirilməsi sahəsində layihə maliyyələşdirilmişdir. Bu layihə üçün 300,000 ABŞ dolları miqdarında vəsait ayrılmışdır.

9 iyun 2016-ci il tarixində Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini Keniya Respublikasının Prezidenti Uhuru Kenyattaya  təqdim etmişdir.

24 avqust 2016-cı il tarixində Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Nayrobi şəhərində Keniyanın Xarici İşlər və Beynəlxalq Ticarət üzrə naziri xanım Ə.Məhəmməd ilə görüşmüşdür.

25 oktyabr 2016-cı il tarixində Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Nayrobi şəhərində Keniya Respublikasının Milli Assambleyasının sədri cənab Castin Muturi ilə görüşmüşdür.

5-6 may 2017-ci il tarixində Keniya Respublikasının İdman, Mədəniyyət və İncəsənət naziri Həsən Vario Arero Bakı şəhərində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasında səfərdə olmuşdur.

26-29 sentyabr 2018-ci il tarixində səfir Elman Abdullayevin Keniyaya işgüzar səfəri çərçivəsində Keniya Milli Assambleyasının (Parlamentinin) Sədri Castin Muturi və  Keniyanın Ticarət və Sənaye nazirinin müavini Dr. Kris Kiptoo ilə görüşmüş Keniya Parlamentinin sədri CastinMuturi ilə görüşdə ikitərəfli münasibətlərin inkişafı, eləcə də hər iki ölkənin parlamentləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı praktik fəaliyyətin həyata keçirilməsi məsələləri müzakirə edilmişdir.    

Arxiv üzrə axtarış

xin diplomatic service