Eritreya

 

 Waving Flag of Eritrea (Animated Gif)

Eritreya Dövləti

 

Prezident: Zati-aliləri cənab İsaias Afeverki

Parlament Sədri: cənab İsaias Afeverki

Xarici İşlər naziri: cənab Osman Saleh Məhəmməd

 

İkitərəfli münasibətlər

AzərbaycanRespublikasıilə Eritreya Dövləti arasında diplomatik əlaqələr 20 aprel 2004-cü ildə qurulmuşdur.

5 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Eritreyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Moskva şəhərində olmaqla) Petros Tseqqay Asğedomun etimadnaməsini qəbul edib.

25 sentyabr 2018-ci il tarixində AR Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Eritreyanın Xarici İşlər naziri Osman Saleh Məhəmməd ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Arxiv üzrə axtarış

xin diplomatic service