Cənubi Sudan


Waving Flag of South Sudan (Animated Gif)

Cənubi Sudan Respublikası

 

Prezident: Zati-aliləri  cənab Salva Kiir Mayardit

Birinci vitse-prezident: cənab Taban Denq Qai

İkipalatalı parlament: Əyalətlər Şurası (yuxarı palata) – sədr cənab Cozef Bol Çan        

Milli Qanunverici Assambleya (aşağı palata) – sədr cənab Antoni Lino Makana          

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: xanım Avut Denq Açuil

 

İkitərəfli münasibətlər

23 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası və Cənubi Sudan Respublikası arasında diplomatik münasibətlərin qurulması barədə Birgə Kommünike imzalanmışdır.

27 oktyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Moskva şəhərində olmaqla) Telar Rinq Denqin etimadnaməsini qəbul edib.

30 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin (3 zabit, 1 müşahidəçi) BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinəvə missiyada iştirak etməsinə razılıq verilməsi haqqında qərarı qəbul olunub.

30 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Ordusunun iki zabiti BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində Cuba şəhərinə ezam olunmuşlar.

 

Humanitar sahədə əməkdaşlıq

2017-ci ildə baş vermiş humanitar böhran nəticəsində Cənubi Sudanın əhalisi qida çatışmazlığı ilə üzləşmişdir. Bu humanitar böhranın aradan qaldırılması məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən təcili humanitar yardımın göstərilməsi tələb olunurdu. BMT Baş katibi bu ölkədəki insanların aclıq təhlükəsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə kömək üçün müraciət etmişdir. Buna cavab olaraq, XİN-in nəzdindəki Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AİDA) həmin ölkələrdə fəaliyyət göstərən BMT qurumlarına 50 000 ABŞ dolları miqdarında maliyyə töhfəsi etmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service