Sinqapur

Waving Flag of Singapore (Animated Gif)

Sinqapur Respublikası

 

Prezident: xanım Həlimə Yaqub

Baş Nazir: cənab Li Syan Lun

Parlamentin Sədri: cənab Tan Çuan-Cin

Xarici İşlər naziri: cənab Vivian Balakrişnan

 

İkitərəfli münasibətlər

Sinqapur ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 15 avqust 1994-cü ildə qurulmuşdur. 2010-cu ilədək ikitərəfli əlaqələr əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilmişdir.

8-9 mart 2010-cu ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Sinqapur Respublikasının Xarici İşlər naziri Corc Yeonun dəvəti ilə Sinqapurda səfərdə olmuşdur.

1-5 aprel 2013-cü ildə Sinqapur Ticarət və Sənaye Nazirliyinin nümayəndələri Azərbaycanda səfərdə olmuşdurlar. Səfər çərçivəsində Sinqapur tərəfi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həmçinin Azərbaycan Dövlət Neft Fondu, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Metropoliteni, Bakı Dövlət Universitetində görüşlər keçirmişdir.

19-20 sentyabr 2013-cü ildə Sinqapur Respublikasının Ticarət, Sənaye və Milli İnkişaf üzrə dövlət naziri Li Yi Syanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Li Yi Syan Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov və İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşlər keçirmişdir.

25 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilmiş BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində Sinqapurun Xarici İşlər naziri Şunmuqam Cayakumar ilə görüşmüşdür.

20-29 aprel 2014-cü ildə Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları şöbəsinin baş məsləhətçisi T. Tağıyevin rəhbərliyi ilə Naxçıvan Şəhəri, Qarabağ, Nərimanov, Abşeron, Astara, İsmayıllı, Zaqatala, Quba, Binəqədi, Ucar, Xəzər, Pirallahı və Nəsimi rayonlarının icra başçıları Sinqapura işçi səfər etmişlər.  

 

Yüksək səviyyəli səfərlər

Dövlət başçıları

20-21 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasında dövlət sərfədə olmuşdur. Səfər çərçivəsində Sinqapur Respublikasının Prezidenti Toni Tan və Baş Naziri Li Syan Lun ilə görüşlər keçirilmişdir.

Xarici İşlər nazirləri

18-21 mart 2010-cu ildə Sinqapurun Xarici İşlər naziri Corc Yeo Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Corc Yeonu qəbul etmişdir. Həmçinin Corc Yeo Xarici İşlər naziri Elmar Məmmədyarov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşlər keçirilmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası və Sinqapur arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İllər

Ticarət dövriyyəsinin həcmi

İxrac

İdxal

2014

101413.2

59953.7

41459.5

2015

103708.2

218.7

103489.5

2016

202392.2

894.4

201497.8

2017

22259.5

418.9

21840.6

2018

30931.2

6621.6

24309.6

 

Arxiv üzrə axtarış

xin diplomatic service