Yaponiya

Waving Flag of Japan (Animated Gif)

 

Yaponiya

İmperator: Əlahəzrət İmperator Naruhito

Baş Nazir: cənab Şinzo Abe

Parlamentin Nümayəndələr Palatasının Sədri: cənab Tadamori Oşima

Parlamentin Müşavirlər Palatasının Sədri: xanım Akiko Santo

Xarici İşlər naziri: cənab Motegi Toşimitsu

Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri: cənab Terayuki Katori

Azərbaycan Respublikasının Yaponiyadakı səfiri:

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi tokyo.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulmuşdur. 1 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın Yaponiyadakı səfirliyinin təsis olunmasına dair qanun qəbul etmişdir. 12 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi açılmışdır. Azərbaycanda Yaponiya Səfirliyi 21 yanvar 2000-ci ildə təsis edilmişdir.

 

Ali və yüksək səviyyəli səfərlər

24-28 fevral 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Yaponiyaya ilk rəsmi səfərini etmişdir.

7-10 mart 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab cənab İlham Əliyev Yaponiyaya ilk rəsmi səfərini etmişdir.

19-25 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin Sədri cənab Oqtay Əsədov Yaponiyaya səfər etmişdir.

2003-cü ilin sentyabr ayında Yaponiya Parlamentinin Müşavirlər Palatasının Vitse-prezidenti cənab Şoci Motuka Azərbaycana səfər etmişdir.

26 yanvar – 1 fevral 1998-ci il tarixində Azərbaycan Respublikasının Baş Nnaziri cənab Artur Rasi-zadə səfər etmişdir. 

25 iyun 2001-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Vilayət Quliyev Yaponiyaya səfər etmişdir.

16-21 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Yaponiyaya səfər etmişdir.

1999-cu ilin may ayında Yaponiyanın Xarici İşlər naziri cənab Masahiko Komura Azərbaycana səfər etmişdir.

05-06 sentyabr 2018-ci il tarixində Yaponiyanın Xarici İşlər naziri cənab Taro Kano Azərbaycana səfər etmişdir.

7-13 mart 2019-cu ildə Azərbaycanın vergilər naziri cənab Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyaya səfər etmişdir.

22-23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinin Sədri cənab Oqtay Əsədov Yaponiyaya səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 28 sənəd imzalanmışdır.

 

Azərbaycan Respublikası ilə Yaponiya arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2014

240.51

1.23

241.74

-239.28

2015

558.97

0.81

558.1

-558.16

2016

282.6

1.6

284.2

-281

2017

170.3

4.3

174.6

-166

2018

66.6

74.9

141.5

8.3

2019 yanvar-oktyabr

180.18

89.39

269.57

-90.79

 

Yaponiyadan Azərbaycana idxalda

  • - qara metaldan borular və profillər;
  • - qaz və buxar turbinləri;
  • - minik avtomobilləri;
  • - mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər; 
  • - nasos – komressor boruları;
  • - audio – video disklər.

 

Azərbaycandan Yaponiyaya ixracda

  • - spirtli içkilər;
  • - meyvə şirələri;
  • - xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları;
  • - kimyəvi məhsullar və preparatlar;
  • - alüminium ərintiləri;
  • - balıq kürüsü.

 

Komissiyanın yaradılma tarixi

Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyası” (Yaponiya tərəfi “Yaponiya-Azərbaycan İqtisadi Komitəsi” adlandırır) yaradılmışdır.

 

Komissiyanın iclasları

  1. 12 oktyabr 1999, Tokio
  2. 30 oktyabr 2000, Bakı
  3. 28 aprel 2001, Tokio
  4. 21-23 noyabr 2006, Bakı
  5. 25-26 fevral 2008, Tokio
  6. 17-18 may 2010, Tokio
  7. 22-23 noyabr 2011, Bakı
  8. 26 fevral 2014, Tokio
  9. 23 fevral 2017, Bakı
  10. 21 noyabr 2019, Tokio

 

Komissiyanın həmsədrləri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev

“ITOCHU” şirkətinin icraçı direktoru, enerji və kimya şirkətinin prezidenti Keyta İşii.

Arxiv üzrə axtarış

xin diplomatic service