Tacikistan

 

Waving Flag of Tajikistan (Animated Gif)

Tacikistan Respublikası

Prezident: Zati–aliləri cənab Emomali Rahmon

Baş Nazir: cənab Koxir Rasulzoda

Ali Məclisinin Yuxarı Palatasının (Milli Məclis) Sədri: cənab Mahmadsaid Ubaydullayev

Ali Məclisinin Nümayəndələr Palatasının (aşağı) Sədri: cənab Şukurcon Zuhurov

Xarici İşlər naziri: cənab Sirocidin Muhriddin

Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri: cənab Həsən Məmmədzadə

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Rustam Soli

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://dushanbe.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

29 may 1992-ci ildə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.

2007-ci ildə Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi açılmışdır.

2008-ci ildə Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi açılmışdır.

2007-ci il 15 mart tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında tarixli dostluq və əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır.

28-29 sentyabr 2016-cı ildə Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri cənab Ş. Zuhurov Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab O. Əsədovun dəvətinə əsasən Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı cənab Ş.Zuhurov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri cənab O.Əsədov ilə görüş keçirmiş, Bakıda keçirilən “V Bakı Beynəlxalq Humanitar Forum”da iştirak etmişdir.

25 aprel 2017-ci ildə Tacikistan qadın və ailə məsələləri komitəsinin sədri İdigül Qosimzoda Bakıya səfərə gəlmiş, Azərbaycan Respublikası baş nazirin müavini cənab Ə.Əhmədov, Azərbaycan Respublikası ailə, qadın və uşaq problemləri Dövlət Komitəsinin sədri cənab H.Hüseynzadə ilə görüşmüşdür.

10-11 avqust 2018-ci ildə Tacikistan Prezidenti Zati-aliləri cənab E.Rahmon Azərbaycana rəsmi səfər etmişdir.

22 sentyabr 2018-ci ildə Tacikistan Nümayəndələr Palatası sədrinin birinci müavini cənab Azizi Abducabborun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan tədbirdə iştirak etmişdir.

 

Səfərlər

Ali səfərlər

15-16 mart 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Tacikistan Respublikasına işgüzar səfər etmişdir.

13-14 avqust 2007-ci ildə Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emomali Rəhman Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

4-5 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının toplantısında iştirak etmək üçün Tacikistan Respublikasına işgüzar səfər etmişdir

12-13 iyul 2012-ci ildə Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emomali Rəhman Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

15-16 oktyabr 2012-ci ildə Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emomali Rəhman İqtisadi Əməkdaşlıq Təşkilatına (İqƏT) üzv dövlətlərin Dövlət və Hökumət başçılarının Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasına səfər etmişdir.

15-16 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Tacikistan Respublikasına rəsmi səfər etmişdir.

12-13 iyun 2015-ci ildə Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emomali Rəhman Birinci Avropa Oyunlarının açılışında iştirak üçün Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

10-11 avqust 2018-ci ildə Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emomali Rəhman Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

27-28 sentybar 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının toplantısında iştirak etmək üçün Tacikistan Respublikasına işgüzar səfər etmişdir

Parlament Sədrləri

27-29 sentyabr 2016-cı ildə Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri cənab Şukurcon Zuhurov  Azərbaycan Respublikasına rəsmi səfə etmişdir.

Baş Nazirlər

13-15 sentyabr 2004-cü ildə Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadə İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) VIII zirvə görüşündə iştirak etmək üçün Tacikistan Respublikasına rəsmi səfər etmişdir.

4 may 2006-cı ildə Tacikistan Respublikasının Baş Naziri cənab Akil Akilov İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) IX zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

24-25 may 2006-cı ildə Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadə MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının toplantısında iştirak etmək üçün Tacikistan Respublikasına işgüzar səfər etmişdir.

3 sentyabr 2011-ci ildə Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadə MDB-yə üzv ölkələrin Dövlət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Tacikistan Respublikasına işgüzar səfər etmişdir.

14-15 iyun 2019-ci ildə Azərbaycan Respublikasının Baş Naziri cənab Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət Etimad Tədbirləri üzrə Müşavirənin 5-ci Zirvə Toplantısında iştirak etmək üçün Tacikistan Respublikasına işgüzar səfər etmişdir.

Xarici İşlər nazirləri

4 may 2001-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Vilayət Quliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) üzv dövlətlərinin Nazirlər Şurasının XI toplantısında iştirak etmək üçün Tacikistan Respublikasına rəsmi səfər etmişdir.

18-20 may 2010-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov İslam Konfransı Təşkilatı Xarici İşlər nazirlərinin 37-ci sessiyasında iştirak etmək üçün Tacikistan Respublikasına rəsmi səfər etmişdir.

21-3 aprel 2014-cü ildə Tacikistan Respublikasının Xarici İşlər naziri cənab Sirocidin Aslov Azərbaycan Respublikasına rəsmi səfər etmişdi

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 57 sənəd imzalanmışdır.

 

İqtisadi əməkdaşlıq

2017-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Tacikistan Respublikası ilə ticarət dövriyyəsinin həcmi 226,38 min. ABŞ dolları, o cümlədən ixracın həcmi 226,38 min ABŞ dolları təşkil etmiş, idxal əməliyyatları aparılmamış, xarici ticarət saldosu isə müsbət 226,38 min. ABŞ dolları olmuşdur. 2017-cı ilin yanvar-mart  aylarında Tacikistan Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,01 faiz, o cümlədən ixracda 0,01 faiz təşkil etmişdir.

 

Azərbaycan Respublikasının ilə Tacikistan Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

2.8

2.6

0.2

2015

6.44

6.44

-

2016

12.32

12.08

0.24

2017

1,5 (mln)

1,4 (mln)

32.89 (min)

2018

6.553 (mln)

6.5 (mln.)

53.4 (min)

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Azərbaycandan Tacikistana ixrac: ağ şəkər (saxaroza), reaktiv  mühərriklər və  digərləri  üçün  kerosin yanacağı, şokolad və ondan hazırlanan məmulatlar, şəkər və ya aromatik maddələr əlavə edilmiş sular, sürtgü yağları, pambıq yağı və onun fraksiyaları

Azərbaycana Tacikistandan idxal: aşqarlanmamış alüminiumdan en kəsiyinin maksimal ölçüsü 7 mm-dən çox olan məftillər

 

Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında Ticarət-iqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasları

Komissiyanın indiyədək dörd iclası keçirilmişdir.

Komissiyanın birinci iclası 5 mart 2012-ci ildə Düşənbə şəhərində keçirilmişdir. Komissiyaya Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri cənab Şahin Mustafayev, Tacikistan tərəfdən iqtisadi inkişaf və ticarət naziri cənab Şarif Raximzoda rəhbərlik etmişlər.

Komissiyanın ikinci iclası 3 sentyabr 2013-cü ildə Bakı şəhərində keçirilmişdir. Komissiyaya Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri cənab Şahin Mustafayev, Tacikistan tərəfindən meliorasiya və su təsərrüfatı naziri cənab Rəhmət Bobokalonov rəhbərlik etmişlər.

Komissiyanın üçüncü iclası 15 oktyabr 2014-cü ildə Düşənbə şəhərində keçirilmişdir. Komissiyanın III iclasının Protokolunda tərəflərin Dağlıq Qarabağ regionu daxil olmaqla Azərbaycanın işğal edilmiş ərazilərində istehsal olunmuş malların Tacikistan ərazisinə idxalı/ixracına və satışına, eləcə də tacik şirkətlərinin iqtisadi fəaliyyətinə yol verilməyəcəyi barədə razılığa gəldikləri qeyd edilmişdir.

Komissiyanın IV iclas 14 iyul 2017-ci ildə Bakı şəhərində keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service