Burundi

 

 

 Waving Flag of Burundi (Animated Gif)

Burundi Respublikası

Prezident: Zati-aliləri cənab Pyer Nkurunziza

Birinci vitse-prezident: cənab Qaston Sindimvo

Parlament Sədri: Senat (yuxarı palata): cənab Reveryen Ndikuriyo

Milli Assambleya (aşağı palata): cənab Paskal Nyabenda

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Ezeçiel Nibiqira

 

İkitərəfli münasibətlər

2 mart 1995-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

22 aprel 2019-cu il tarixində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Hökuməti Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb. Vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcəkdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service