Anqola

 

 Waving Flag of Angola (Animated Gif)

Anqola Respublikası

Prezident: Zati–aliləri cənab Juan Manuel Qonsalviş Laurenço

Vitse-prezident: cənab Bornito de Sousa

Parlament Sədri: cənab Fernando da Piedade Diasduş Santuş

Xarici İşlər naziri: cənab Manuel Dominqos Auqusto

Anqola Respublikasının Azərbaycan Respublikasındakı səfiri (iqamətgahı Moskva şəhərində): cənab Joakim Auqusto de Lemuş

 

İkitərəfli münasibətlər

1 dekabr 1994-cü il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

14 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Anqola Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Joakim Auqusto de Lemuşun etimadnaməsini qəbul etmişdir.

16 may 2014-cü il tarixində AR-in Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Anqola Respublikasının Xarici Əlaqələr Nazirliyinin Beynəlxalq Münasibətlər üzrə dövlət katibi Manuel Dominqos Avqustonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Humanitar sahədə əməkdaşlıq

2013-cu ildə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi, Kolumbiyanın Prezidenti yanında Beynəlxalq Əməkdaşlıq Agentliyi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya" Elmi Tədqiqat İnstitutu ilə birgə 2013-cüilin 14-22 may tarixlərində "Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar" mövzusunda üçüncü ixtisasartırma kursu təşkil etmişdir.

Sözügedən ixtisasartırma kursunda Anqola ilə yanaşı, Əlcəzair, Kamerun, Çad, Kot D`Ivuar, Misir, Liviya, Mavritaniya, Nigeriya, CAR və Sudan kimi neft-qaz sənayesinə malik Afrika ölkələrindən və Kolumbiyadan ümumilikdə 14 mütəxəssis iştirak etmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service