Slovakiya

Waving Flag of Slovakia (Animated Gif)

Slovakiya Respublikası

Prezident: Zati-aliləri xanım Zuzana Çaputova

Baş Nazir: cənab Peter Pelleqrini

Parlamentin Sədri: cənab Andrey Danko

Xarici İşlər naziri: cənab Miroslav Layçak

 

İkitərəfli münasibətlər

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur.

Azərbaycanı Slovakiyada ölkəmizin Avstriyadakı Səfirliyi təmsil edir. Slovakiyanı Azərbaycanda Slovakiyanın Rusiyadakı Səfirliyi təmsil edir.

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyevdir.

Slovakiya Respublikası parlamentinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanla dostluq qrupunun sədri Peter Marçekdir.

 

Ali  və yüksək səviyyəli səfərlər

18-19 mart 2004-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Slovakiyaya səfər etmişdir.

12-14 noyabr 2018-ci il tarixlərində Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrininin Azərbaycana səfər etmişdir.

12-16 iyun 2015-ci il tarixlərində Slovakiya Respublikası parlamentinin sədri Peter Pelleqrini Azərbaycana səfəri etmişdir (“Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə).

28-29 avqust 2004-cü il, 26 yanvar 2015-ci il, 3 sentyabr 2015-ci il tarixlərində Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun Slovakiyaya səfər etmişdir.

Slovakiya Respublikasının Xarici işlər nazirlərinin Azərbaycana səfərləri: Eduard Kukan – 31 yanvar - 2 fevral 2000-ci il, Yan Kubiş – 28 aprel 2008-ci il, Miroslav Layçak –  14-16 mart 2010-cu il,10-13 aprel 2013-cü il, 5 mart 2019-cu il (ATƏT-in fəaliyyətdən olan sədri qismində).

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında 9 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2014

-

19,1

19,1

2015

0,01

16,56

16,57

2016

0.1

21.5

21.6

2017

0.9

23

23.9

2018

0.047

30.1

30.1

Mənbə: AR Statistika Komitəsi

Azərbaycandan Slovakiyaya ixrac: meyvə şirələri, neft məhsulları.

Azərbaycana Slovakiyadan idxal: qaz sayğacları, müxtəlif avadanlıqlar, poladdan hazırlanmış məhsullar.

 

Arxiv üzrə axtarış

xin diplomatic service