Afrika İttifaqı

Image result for african union flag

Afrika İttifaqı

Afrika ölkələrini birləşdirən təşkilat

Məqsədi:

Afrikada siyasi, sosial və iqtisadi inteqrasiyanın təmin edilməsi, inkişafın sürətləndirməsi, sülh və sabitliyin qorunması və demokratiya və səmərəli idarəetmə prinsiplərinin mənimsənilməsi.

Yaradılıb:

25 may 1963-1999 (Afrika Birliyi Təşkilatı)

2002-ci iliniyul ayından – Afrika İttifaqı

Mənzil Qərargahı:

Əddis-Əbəbə şəhəri,

Efiopiya Federativ Demokratik Respublikası

Afrika İttifaqının sədri: Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi

Afrika İttifaqı Komissiyasının sədri: Musa Faki Mahamat

Üzv dövlətlər:

Afrika qitəsinin bütün ölkələri

Azərbaycan Respublikasının statusu:

Müşahidəçi dövlət (2011)

Tarixi:

Afrika İttifaqının (Aİ) yaranması qitədə baş vermiş təkamülə böyük miqyasda təsir edən hadisələrdən biri sayıla bilər. 1999-cu ilin iyul ayında Afrika Birliyi Təşkilatının iclasında qitədə iqtisadi və siyasi inteqrasiyanın sürətləndirilməsi üçün növbədənkənar sessiyanın çağırılmasına qərar verildi. 9 sentyabr 1999-cu il tarixində Afrika Birliyi Təşkilatının rəhbərləri Afrika İttifaqının yaradılması ilə bağlı bəyannamə imzaladılar.

2002-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilmiş sammiti zamanı Afrika İttifaqının rəsmən fəaliyyətə başlamasına qərar verilmiş və Afrika İttifaqına üzv ölkələrin dövlət başçıları İttifaqın ilk iclasına çağırılmışdır.

 

Azərbaycan-Afrika İttifaqıəməkdaşlığı

2011-ci ilin 15 yanvar tarixindən etibarən Azərbaycan Respublikası Afrika İttifaqı  (Aİ) yanında müşahidəçi statusu almışdır.

2011-ci ilin 25 avqust tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində “Afrika regionunda quraqlıq və aclıqdan əziyyət çəkən ölkələrə yardım” adı altında Aİ tərəfindən təşkil edilmiş donor konfransında Azərbaycan Respublikasının Aİ yanında daimi nümayəndəsi səfir Ş.Abdullayev təmsil etmişdir.

2011-ci ildə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Aİ vasitəsilə sosial-iqtisadi və humanitar böhrandan əziyyət çəkən Afrika dövlətlərinə maddi yardım göstərilmişdir.

23-29 sentyabr 2012-ci il tarixlərində Aİ Komissiyasının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycan Respublikasına səfəri təşkil olunmuşdur.Səfər çərçivəsində Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası ilə Pan-Afrika Gənclər İttifaqı arasında əməkadşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

30 yanvar – 3 fevral 2013-cü il tarixlərində Aİ-nin insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

24 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası prezidentinin N748 saylı Sərəncama əsasən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev iqamətgahı Əddis-Əbəbə şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Aİ yanında daimi nümayəndəsi təyin edilmişdir.

6 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Aİ yanında Daimi nümayəndəsi Elman Abdullayev etimadnaməsini Afrika İttifaqı Komissiyasının sədri xanım NkosazanaDlaminiZumaya təqdim etmişdir.

28 sentyabr – 1 oktyabr 2016-cı il tarixində Aİ-nin  siyasi məsələlər üzrə komissarı Aişə AbdullahiBakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir.Səfər zamanı komissar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov A.Abdullahi ilə görüş keçirmişdir.

2016-cı ilin dekabr ayında ASAN Xidmətin fəaliyyətinə dair Aİ-nin mənzil-qərargahında təqdimat keçirilmiş, ASAN Xidmətin fəaliyyətini əks etdirən stend qurulmuşdur.

5-7 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Aİ yanında Daimi nümayəndəsi Elman Abdullayev Pan-Afrika Parlamentinin (PAP) prezidenti Rocer Nikodo Danqın dəvəti ilə PAP-ın xüsusi növbədənkənar iclasında iştirak etmişdir.

16 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Aİ yanında Daimi nümayəndəsi Elman Abdullayev Aİ Komissiyasının yeni seçilmiş sədri cənab Musa FakiMahatmatla görüşmüşdür.

23-24 oktyabr 2017-ci il tarixində Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq Azərbaycana səfər etmişdir.

9 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Əddis-Əbəbəyə səfər çərçivəsində Aİ Komissiyasının sədri cənab Musa Faki Mahatmat, Aİ-nin sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şerqi, iqtisadi məsələlər üzrə komissar Viktor Harrison və siyasi məsələlər üzrə komissar xanım Amira Elfadil ilə görüşmüşdür.

20-24 noyabr 2017-ci il tarixində “Azərkosmos” ASC-in nümayəndələri Aİ-nin mənzil-qərargahında Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Texniki Komitənin II iclasında iştirak edərək müvafiq təqdimatla çıxış etmişlər.

Səfər zamanı Aİ-nin mənzil-qərargahında “Azərkosmos” ASC-nin fəaliyyətini əks etdirən stend qurulmuş və Afrika ölkələrinin rabitə və informasiya texnologiyaları nazirləri üçün ziyahət təşkil edilmişdir.

2018-ci ilin 22-26 iyul tarixlərində Aİ-nin enerji və infrastruktur məsələləri üzrə komissarı xanım Amani Abu-Zeydin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuş, Baş Nazir N.Məmmədov, Xarici İşlər naziri E.Məmmədyarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri R.Quliyev, Energetika naziri P.Şahbazov, Dövlət Turzim Agentliyinin sədri F.Nağıyev və “Azərkosmos” ASC-in sədri R.Nəbiyev ilə görüşmüş, həmçinin 3 saylı “ASAN” xidmət və Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə tanış olmuşdur.

23 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi tərəfindən Afrika İttifaqı Komissiyasının mənzil-qərargahında ölkəmizin Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyinin prioritetləri və Azərbaycanın beynəlxalq inkişafa yardım çərçivəsində Afrika qitəsində fəaliyyətinə dair geniş təqdimat mərasimi təşkil edilmişdir. Təqdimatlar UNESKO üzrə Milli Komissiyasının Baş katibi, xüsusi tapşırıqlar üzrəsəfir Elnur Sultanov, Beynəlxalq Təhlükəsizlik idarəsinin rəis müavini Yalçın Rəfiyev, Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəis müavini Aliyə Ağazadə tərəfindən keçirilmişdir. Əsas qonaq qismində tədbirdə Afrika İttifaqı Komissiyasının sədr müavini Tomas Kvesi Kvarti iştirak etmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service