Şri Lanka

Waving Flag of Sri Lanka (Animated Gif)

Şri Lanka Demokratik Sosialist Respublikası

Prezident: Zati–aliləri cənab Goyabaya Rajapaksa

Baş Nazir: cənab Mahinda Rajapaksa

Xarici İşlər naziri: cənab Tilak Marapana

 

İkitərəfli münasibətlər

12 fevral 1992-ci ildə Şri Lanka Azərbaycanın dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 4 avqust 1992-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Hindistan Respublikasındakı səfiri Əşrəf Şıxəliyev eyni zamanda Şri Lankada akkreditə olunmuşdur. 2019-cu ilin 4 yanvar tarixində Azərbaycan Respublikasının Səfiri cənab Əşrəf Şıxəliyev etimadnaməsini Şri Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Maithripala Sirisenaya təqdim etmişdir.

Şri Lankanın İran İslam Respublikasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur. 8 avqust 2018-ci ildə Səfir Məhəmməd Şərif Anis  etimadnaməsini Azərbaycan Respublikası Prezidentinə təqdim etmişdir.

 

Yüksək səviyyəli səfərlər

Nazir E. Məmmədyarov 5-8 may 2013-cü ildə Şri Lankaya rəsmi səfər etmiş, Şri Lanka Prezidenti Zati-aliləri cənab Mahinda Racapaksa, Xarici işlər naziri cənab Qamini Lakşman Peiris, İqtisadi inkişaf naziri cənab Basil Racapaksa, Neft sənayesi naziri cənab Anura Pridharşana Yapa, Sənaye və ticarət naziri cənab Rişad Bathiudin ilə görüşmüşdür. Səfər zamanı XİN-lər arasında əməkdaşlığa dair Protokol imzalanmışdır.

Şri Lankanın Mədəniyyət və incəsənət naziri T.B.Ekanayake 29 may – 1 iyun 2013-cü ildə Bakıda keçirilmiş 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişdir.

2019-cu ilin 25-26 tarixlərində Azərbaycanda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə Şri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər naziri Tilak Marapana  Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində cənab T.Marapana Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov ilə görüş keçirmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

  • 6-10 may 2014-cü ildə Kolomboda keçirilmiş Ümumdünya Gənclər Konfransı-2014-də Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.
  • 4-17 iyul 2015-ci ildə keçirilmiş 9-cu Bakı Yay Enerji  Məktəbində Şri Lankanın Mədən və Geoloji tədqiqat bürosunun direktor müavini Saccana de Silva iştirak etmişdir.

 

Müqavilə-hüquq bazası

  1. Azərbaycan Respublikası və Şri Lanka Demokratik Sosialist Respublikası arasında Diplomatik münasibətlərin yaradılması haqqında Protokol.
  2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Şri Lanka Demokratik Sosialist Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa dair Protokol.

 

İqtisadi sahədə əməkdaşlıq

Ticarət dövriyyəsi (milyon ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2014

15.9

-

15.9

mənfi 15.9

2015

14.6

-

14.6

mənfi 14.6

2016

44.2

-

44.2

mənfi 44.2

2017

51.1

 

-

51.1

 

mənfi 51.1

 

2018

46.8

-

46.8

mənfi 46.8

2019

21.82

-

21.82

mənfi 21.82

Şri Lankadan Azərbaycana idxalda aşağıdakı məhsullar üstünlük təşkil edir: çay məmulatları, hind qozu, meyvə konsentratları və rezin şin məhsulları.

Arxiv üzrə axtarış

xin diplomatic service