Portuqaliya

 

Waving Flag of Portugal (Animated Gif)

Portuqaliya Respublikası

Prezident: Zati-aliləri cənab Marcelo Rebelo de Sousa

Baş Nazir: cənab Antonio Kosta

Parlament Sədri: cənab Eduardo Ferro Rodriges

Xarici İşlər naziri: cənab Aqusto Santos Silva

Azərbaycan Respublikasının Portuqaliya Respublikasındakı səfiri (iqamətgahı Rabatda olmaqla): cənab Oktay Qurbanov

 

İkitərəfli münasibətlər

Portuqaliya Azərbaycanın müstəqilliyini 7 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci il tarixində yaradılmışdır.

4 may 2015-ci il tarixində Portuqaliyanın ölkəmizdəki diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır.

12 oktyabr 2018-ci il tarixində Azərbaycan-Portuqaliya Xarici İşlər Nazirliklərinin müvafiq idarələri arasında siyasi məsləhətləşmələrin 1-ci mərhələsində iştirak etmək məqsədilə AR XİN İkinci Avropa İdarəsinin rəisi İlqar Muxtarov Lissabon şəhərinə səfər etmişdir. Səfər çərçivəsində Portuqaliya Xarici İşlər Nazirliyinin xarici siyasət məsələləri üzrə Baş direktoru Pedro Kosta Pereira və Avropa məsələləri üzrə departamentin rəhbəri Antonio Sabido Kosta ilə görüşlər keçirilmişdir.

 

Ali səfərlər

Dövlət başçıları

2-3 dekabr 1996-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyev Portuqaliya Respublikasında işgüzar səfərdə olmuşdur.

20-21 noyabr 2010-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev NATO-nun Lissabondakı zirvə toplantısında iştirak etmək üçün Portuqaliyada işgüzar səfərdə olmuşdur.

Xarici işlər nazirləri

11-12 iyul 2001 tarixlərində Portuqaliya Respublikasının xarici işlər naziri cənab Xaime Qama Azərbaycanda rəsmi səfərdə olmuşdur.

7 mart 2002-ci il tarixində Portuqaliya Respublikasının xarici işlər cənab Xaime Qama Azərbaycanda işgüzar səfərdə olmuşdur.

15 iyul 2010-cu il tarixində Portuqaliya Respublikasının xarici işlər naziri cənab Luis Amado Azərbaycanda işgüzar səfərdə olmuşdur.

20-21 noyabr 2010-cu il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Portuqaliyada işgüzar səfərdə olmuşdur.

27-29 iyun 2012-ci il tarixlərində Portuqaliya Respublikasının xarici işlər naziri cənab Paulo Portaş Azərbaycanda rəsmi səfərdə olmuşdur. 

16-17 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Portuqaliyada rəsmi səfərdə olmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında 3 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

2012-ci ildə Azərbaycan-Portuqaliya biznes forumu keçirilmişdir. AZPROMO ilə Portuqaliyanın xarici ticarət və investisiya agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

Ticarətdə aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:

  • Efir yağları, ekstraksiya edilən efir yağları;
  • Plastmas və tekstil materialdan olan digər məmulatlar;
  • Kağız və karton vərəq;
  • Trikotaj məmulatları;
  • Meyvə;
  • Quş yumurtası.

 

Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İllər

İdxal

İxrac

Ticarət Dövriyyəsi  

Saldo

2014

6489.3

552149.5

558638.8

545660.2

 

2015

26204.5

368874.4

395078.9

342669.9

2016

11003,7

257147,3

268151

246143,6

2017

 

9944.5

381028.8

390973.3

371084.3

2018-

(yanvar-oktyabr)

 

14100.18

477176.75

491276.93

336076.57

Azərbaycan Respublikasının ixrac etdiyi məhsullar: xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları; reaktiv mühərriklər üçün kerosin yanacağı.

Azərbaycan Respublikasına idxal olunan məhsullar: televiziya kameraları, transmissiya üçün klapanlar, tərkibində tütün olan siqaretlər, aqlomerasiya edilmiş mantardan bloklar, təbii mantardan silindrik məmulatlar, əhəng daşları.

Arxiv üzrə axtarış

xin diplomatic service