Moldova

Waving Flag of Moldova (Animated Gif)

Moldova Respublikası

Prezident: Zati-aliləri cənab İqor Dodon

Baş Nazir: xanım Mala Sandu

Xarici İşlər və Avropaya inteqrasiya naziri: cənab Niku Popesku

Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri: cənab Qüdsi Osmanov

Azərbaycan Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab George Leuka

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi http://chisinau.mfa.gov.az/        

 

İkitərəfli münasibətlər

Moldova Respublikası  Azərbaycan Respublikasının müstəqilliyini 21 dekabr 1991-ci ildə tanınmış (Almatı Deklarasiyası), 18 may 1992-ci ildə diplomatik əlaqələr qurulmuşdur.

Azərbaycan Respublikasının Moldova Respublikasında Səfirliyi 05 oktyabr 2005-ci ildə açılmışdır. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 7 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Qüdsi Osmanov Azərbaycan Respublikasının Moldovadakı səfiri təyin edilmiş, 13 oktyabr 2016-cı ildə etimadnaməsini Moldova Respublikasının Prezidentinə təqdim etmişdir.

Moldova Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 01 noyabr 2005-ci il tarixində açılmışdır. Moldovanın Azərbaycandakı səfiri George Leuka 12 mart 2016-cı il tarixində etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir.

Azərbaycanla Moldova arasında əlaqələr müxtəlif sahələr üzrə inkişaf edir, yüksək səviyyəli və digər səfərlər qarşılıqlı formada həyata keçirilir. Parlamentlərarası əlaqələr və qanunvericilik sahəsində əməkdaşlıq inkişaf edir. BMT, AŞ, ATƏT, QDİƏT, GUAM və digər beynəlxalq və regional təşkilatlar, eləcə də MDB çərçivəsində Azərbaycan və Moldovanın mövqeləri yaxındır və ya üst-üstə düşür, ölkələr həmin təşkilatlarda mütəmadi məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər.

 

Yüksək səviyyəli səfərlər

Dövlət başçıları

21-23 iyun 2017-ci il tarixlərində Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab İqor Dodon Azərbaycanda rəsmi səfərdə olmuşdur.

15-17 mart 2018-ci il tarixlərində Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab İqor Dodon VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.

14-16 mart 2019-ci il tarixlərində Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab İqor Dodon VII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.

Xarici İşlər nazirləri

9 sentyabr 2014-cü il tarixində Moldovanın  Xarici İşlər və Avropaya İnteqrasiya naziri Bakıda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoqunda iştirak etmişdir.

12-15 dekabr 2018-ci il tarixlərində Moldovanın  Xarici İşlər və Avropaya İnteqrasiya naziri QDİƏT-in Bakıda keçirilən iclasında iştirak üçün Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2005-ci ildə Moldova Respublikasının paytaxtı Kişinau şəhərində (Trandafilor küçəsi) dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin büstü qoyulmuşdur.

2009-cu ilin dekabrında Moldovanın Qaqauziya Muxtar Vilayətinin mərkəzi Komrat şəhərində Ümummilli Lider Heydər Əliyevin büstü qoyulmuşdur.

2017-ci ildə Moldovanın paytaxtı Kişinyov şəhərində Moldova Respublikası Elmlər Akademiyasında "Ekoloji kimya və ətraf mühitin kimyası -2017" adlı beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə 10 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının ayrı-ayrı elmi-təhqiqat universitetlərini təqdim etmişdir.

2017-ci ildə Kişineu şəhərində dünyanın 18 ölkəsinin iştirakı və YUNESCO-nun təşkilatçılığı ilə Beynəlxalq mahnı, rəqs və model yarışı və istedadlı ulduzların festivalı keçirilmişdir. Festivalda Azərbaycan Respublikasını Hüseyn İmanov təmsil etmişdir. O, Moldova Respublikasının məşhur bəstəkarı  İon Aldea Teodoroviçin “Xalqın suverenliyi” (“Суверенитет народа”) mahnısını ifa etmiş və birinci yeri tutmuşdur.

2017-ci ildə Moldovanın Çıdır-Lunqa şəhərində D.Tanasoğlu adına Qaqauz Milli teatrında istedadlı azərbaycanlı rejissor Tural Mustafayevin rəhbərliyi altında qaqauz dilində amerikanlı dramaturq Con Patrikin "Qiymətli Pamela" adlı tamaşanın premyerası keçirilmişdir. Tədbir Moldova Respublikasının mədəniyyət nazirliyi, Moldova Respublikası Qaqauz Muxtar ərazi vilayətinin rəhbərliyi və Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuşdur.

2018-ci ildə Moldova Respublikasının Kişineu şəhərində Azərbaycan Respublikasının ədəbiyyat günləri keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Yazıçılar Birliyinin sədri Anar Rzayev və Moldova Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqatlar Naziri Monika Babuk və digər rəsmi şəxslər iştirak etmişdir. Azərbaycan və Moldova ədəbiyyatına həsr olunmuş bədii gecə, mədəniyyətlərarası dialoq və ədəbi oxu təşkil olunmuş, yazıçılar: Anarın “Ağ və qara qoç” romanı (İqor Volniskovun tərcüməsi), Elçinin (Aleksandr Vakulovskinin tərcüməsi) “Baş”, Çingiz Abdullayevin “Bizim qorxu zamanı” əsəri (İqor Volniskovun tərcüməsi), eləcə də rumın dilində qısa Azərbaycan antologiya nəsri olan “Ataya məktub”, Aydar Olun “Qala rəhbərinin meymunu” (Nikolay Spetarunun tərcüməsi), Moldova ədəbiyyatına həsr olunmuş Azərbaycan jurnalı olan “Dünya ədəbiyyatı”nın və “Dmitriy Kantemir- müasir türk musiqisinin birinci müəllifi”nin təqdimatı keçirilmişdir. Eyni zamanda, tədbir zamanı Azərbaycan tərəfi yerli Moldova mədəni-ədəbi qonaqpərvərlik nümunələri ilə (Milli Etnoqrafiya Muzeyi, Vodonapor qalası, Kafedral kilsəsi, rumın ədəbiyyatının klassikləri Xiyabanı, Valya-Morilor və.s) tanış olmuşlar.

2019-cu ilin 18 aprel tarixində Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab İqor Dodon tərəfindən ölkənin bir sıra elm, ictimai, mədəni, siyasi xadimlərinin, eləcə də Moldovada yaşayan digər xalqların diaspor xadimlərinin ölkə qarşısında xidmətlərinə görə orden və medallarla təltif etmə mərasimi keçirilmişdir. Tədbirdə Moldova Respublikasının yerli KİV nümayəndələri, ictimai-siyasi xadimləri ilə yanaşı, Azərbaycan diasporunun nümayəndəsi və Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak etmişlər. Mükafata layiq görülənlər sırasında Moldova Azərbaycanlıları Konqresinin nümayəndəsi Namiq İsmayılov da olmuşdur. N.İsmayılov Moldovada 90-cı illərdə baş vermiş münaqişə zamanı gedən döyüşlərdə  iştirakına, Moldova Dövləti üçün göstərdiyi xidmətlərinə görə medalla təltif edilmişdir.

2019-cu ildə Kiyev şəhərində GUAM-ın katibliyində quruma üzv olan dövlətlərin Xarici İşlər nazirlikləri yanında diplomatik akademiya və institutların yüksək səviyyəli nümayəndələrinin birinci iclası keçirilib. İclas çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında ADA Universiteti ilə Moldova Respublikası Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Diplomatik İnstitutu arasında Anlaşma Memorandumu” imzalanmışdır.

 

Müqavilə hüquq bazası

İki ölkə arasında 59 sənəd imzalanmışdır.

 

Azərbaycan Respublikası və Moldova Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2012

8 785,9

251,7

9 037,6

-8 534,2

2013

4 015,5

190,2

4 205,7

-3 825,3

2014

5 433,0

68,4

5 501,4

-5 364,6

2015

3 559,5

448,3

4 007,8

-3 111,2

2016

3 963,6

498,8

4 462,4

-3 464,8

2017

6 752,3

241,5

6 893,8

-6 510,8

2018

349,3

30,2

379,5

-319,0

2019

Yanvar-iyun

2 324.78

362.04

2 686.82

-1 962.74

 

 

Azərbaycanın Moldovaya ixrac etdiyi mallar: plastik məmulatlar, meyvə şirələri, boyaq maddələri və s.

Moldovadan Azərbaycana idxal olunan mallar: Dərman preparatları, şüşə qablar, nasoslar, kağız məmulatları, mal əti və s.

 

Moldovada 126  Azərbaycan şirkəti qeydiyyatdan keçmişdir. Azərbaycanda isə 6 Moldova şirkəti qeydiyyatdan keçmişdir.

 

Hökümətlərarası birgə Komissiya

Yaradılma tarixi: 25 oktyabr 2004-cü il.

Komissiyanın həmsədrləri: Azərbaycan tərəfindən – kənd təsərrüfatı naziri İnam Kərimov.

Moldova tərəfindən – Komissiyanın 3 iclası keçirilmişdir. Sonuncu iclas 26.04.2012-ci ildə Kişineu şəhərində baş tutmuşdur.

Arxiv üzrə axtarış

xin diplomatic service