Koreya Xalq Demokratik Respublikası

Waving Flag of North Korea (Animated Gif)

Koreya Xalq Demokratik Respublikası

Əmək Partiyasının və Dövlət Məsələləri Komissiyasının Sədri: Zati-aliləri cənab Kim Çen In

Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədri: Çoe Ryon-he

Xarici İşlər naziri: Ri Son-qvon

Azərbaycan Respublikasının Koreya Xalq Demokratik  Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri:

cənab Əkrəm Zeynallı (iqamətgahı Pekin şəhərində olmaqla)

 

İkitərəfli münasibətlər

Koreya Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabr tarixində tanımışdır. Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında diplomatik əlaqələr 30 yanvar 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında xüsusi ilə çoxtərəfli əsasda – BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı iqamətgahı Pekin şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Səfir Ə.Zeynallı 2018-ci ilin 4 iyul tarixində Koreya Xalq Demokratik Respublikası Ali Xalq Yığıncağı Rəyasət Heyətinin sədri Kim Yon Namla görüş keçirmiş və etimadnamələrini qarşı tərəfə təqdim etmişdir.

Koreya Xalq Demokratik Respublikasının Rusiya Federasiyasındakı səfiri Kim Hen-cun iqamətgahı Moskva şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasında səfir təyin olunmuşdur və 2018-ci ilin 8 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, öz etimadnaməsini təqdim etmişdir.

2018-ci il 5-6 aprel tarixlərində Koreya Xalq Demokratik Respublikası Xarici İşlər naziri Ri Yonq-ho Qoşulmama Hərəkatının 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Ri Yonq-ho 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və 6 aprel tarixində AR Xarici İşlər naziri Elmar Məmmədyarov ilə görüş keçirmişdir.

2018-ci il 9-10 sentyabr tarixlərində Koreya Xalq Demokratik Respublikasının yaranmasının 70 illiyi münasibətilə paytaxt Pxenyanda keçirilmiş təntənəli yubiley tədbirlərində AR XİN-nin Xüsusi Tapşırıqlar üzrə səfiri Azər Hüseyn, AR-in ÇXR-dəki səfiri Əkrəm Zeynallı və Səfirliyin əməkdaşları iştirak etmişdir.

2019-cu il 05-07 may tarixlərində Koreya Xalq Demokratik Respublikası Xarici İşlər nazirinin müavini Pak Men-hukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

2019-cu il 25-26 oktyabr tarixlərində  Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirak etmək məqsədilə Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurası Ali sədrinin birinci müavini, Ali Xalq Yığıncağının (AXY) sədri Çoe Ryon-hae Azərbaycan Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Çoe Ryon-hae Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüş keçirmişdir.

Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası  arasında  1 sənəd imzalanmışdır.


Müqavilə hüquq bazası

Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası  arasında  1 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Koreya Xalq Demokratik Respublikası  ilə Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2014

-

-

-

-

2015

400

0

400

-400

2016

20400

0

20400

-20400

2017

87940

0

87940

-87940

2018

230900

0

230900

-230900

2019

48500

0

48500

-48500

 

Arxiv üzrə axtarış

xin diplomatic service